Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngilislər virusun Çindəki laboratoriyadan yayılmasına inanmağa başlayıb

Koronavirusun yayılması ilə bağlı versiyaların bir çoxu Çinlə bağlıdır. Məsələn, ehtimalların biri Vuhandakı laboratoriyadan sızmadır. İngilislər bu versiyaya daha çox inanmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, İngiltərinin “Daily Mail” qəzeti yerli siyasətçilərin sızma ehtimalından çox çəkinməsini yazıb. Böyük Britaniya hökuməti Vuhandakı heyvan bazarını əsas mənbə kimi qəbul etməyə hazır olsa da, şübhələr də qalır. Məqalədə fövqəladə vəziyyətlər üzrə komitənin üzvlərindən birinə istinadən yazılır ki, kəşfiyyat laboratoriyadan sızma versiyası ilə bağlı bəzi məlumatlar alıb.

Vuhanda Virusologiya institutu yerləşir. Qitənin ən böyük laboratoriyası da buradadır. Dəyəri 36 milyon dollar olan institut həm də həmin heyvan bazarından 10 mil uzaqlıqdadır. 2018-ci ildə yerli “People's Daily” yazmışdı ki, institut yüksək patogenli mikroorqanizmlərlə bağlı eksperimentlər keçirməyə qadirdir. Bura Ebola da daxil edilirdi. Məhz institut əməkdaşları hamıdan əvvəl bəyan etmişdi ki, virusun genomu daha çox yarasalarda rast gəlinənə 96 faiz yaxındır. “Daily Mail” belə bir ehtimal yazıb ki, əvvəlcə həmin institutun bəzi əməkdaşları virusa yoluxub, sonra epidemiya daha geniş coğrafiyaya yayılıb.

Heyvan bazarından cəmi 3 mil uzaqlıqda yerləşən xəstəliklərə nəzarət və profilaktika institutu da eksperimentlər keçirməsi ilə tanınır. O da maraqlıdır ki, elə yarasalar üzərində də eksperiment aparılıb.

Rəsmi Pekin bütün ittihamları rədd edir. ABŞ-ın Nyu-Cersi ştatındakı Rutgers Universitetinin professoru, biotəhlükəsizlik üzrə mütəxəssis Riçard Ebrayt isə konkret arqumentlərlə danışır. Onun əlində Vuhandakı xəstəliklərə nəzarət və profilaktika institutunun virusların təbiətini öyrənməsiylə bağlı faktlar var. Professor inanır ki, virus məhz laboratoriyadan yayılıb, amma bədbəxt hadisə nəticəsində.

Bir müddət əvvəl “Beijing News” yazmışdı ki, virusa ilk yoluxan insan Virusologiya institutunun əməkdaşı Xuan Yanlindir. İnstitut dərhal xəbəri təkzib etmişdi. Bildirilmişdi ki, Yanlin bu iş yeri ilə hələ 2015-ci ildə vidalaşıb.

Son xəbərlər
Bütün xəbərlər »