Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda koronavirusdan ölənlərin sayı 3-ə çatıb

Gürcüstanda yeni növ koronavirusa yoluxmuş daha bir nəfər vəfat edib.

Bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasından bildirilib. Məlumata görə, 86 yaşlı şəxs 2 həftə reanimasiyada qaldıqdan sonra vəfat edib. Bununla da Gürcüstanda koronavirusdan ölənlərin sayı 3-ə çatıb.

Qeyd edək ki, Gürcüstanda virusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb. Hazırda ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 195 nəfərdir, onlardan 45-nin sağaldığı bildirilir. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »