Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda vitrinlərin dolu qalması yaxşı əlamət deyil - İqtisadçıdan açıqlama

“Digər ölkələrdən fərqli olaraq, yerli supermarketlərdə vitrinlərin dolu olması yaxşı haldır, amma bu halın səbəbi heç də ürəkaçan deyil. Əgər Qərb ölkələrində, elə Rusiyanın özündə insanlar arabalarla alış-veriş edirdilərsə, bizimkilərin əksəriyyətinin gücü cüzi alverə çatır - Azərbaycanda satışda əmtəə-mal problemi yoxdur, amma dövriyyədə pul problemi mövcuddur”.

Bu fikirləri Bizimyol.info-ya açıqlamasında iqtisadçı Qaşqay İsmayıl səsləndirib.

Qaşqay İsmayıl Qaşqay İsmayıl

“SSRİ dövründəki durğunluq illərindən başlayaraq, bu problemin əksi mövcud idi. Pul var idi, amma almağa mal tapılmırdı və həmin disbalans böyük bir ölkənin süqutuna gətirən amillərdən biri oldu. Hazırda Azərbaycan iqtisadiyyatında da bu balansın pozulması yaxşı heç nə vəd etmir. Hökumət yeganə məqsəd olaraq manatın kursunu saxlamaq və inflyasiyanın qarşısını almaq xəttini tutub. Bu isə sonuncu istehsal sahələrinin də sıradan çıxmasına, kənd təsərrüfatının xüsusən heyvandarlığın rentabelsiz olmasına gətirib çıxarır.

Artıq hökumət bu yoldan imtina etməyi planlaşdırması barədə bəzi siqnallar var. Hökümət pul bazası üzərində əməliyyatları qısa faizli kreditlərlə əvəz etməyi düşünür.

Fikrimcə bu düzgün yoldur, amma kreditləşmənin effektiv olması, ilkin istehsalın yaranması üçün daxili bazarda alıcılıq qabiliyyəti artmalı və milli valyutanın kursu dəyişməlidir. Əgər pul bazası 20 milyard manata çatarsa (bu isə manatın dollara olan kursunun təqribən 1 dollar-3 manat cıvarında olmasını tələb edir), bundan sonra daxili istehsalı və istehlakı kreditləşdirmək, idxaldan asılılığı azaltmaq istiqamətindəki addımlar fayda verməyə başlayacaq”,- deyə o qeyd edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »