Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin Cenevrədəki əməkdaşları da koronavirusa yoluxdu

BMT-nin Cenevrədəki 10 əməkdaşı koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə TASS təşkilatın Cenevrə qərargahının nümayəndəsi Alessandra Velluççiyə istinadən məlumat yayıb.

Velluççi bildirib ki, yoluxanlardan ikisi Ticarət və İnkişaf Konfransı katibliyində, ikisi Ətraf Mühit Proqramının regional ofisində və biri Qaçqınlar üzrə Ali Komissarlığın idarəsində çalışanlardır.

Aprelin 3-də A.Velluççi BMT-nin dünyanın müxtəlif bölgələrindəki bölmələrində 111 insanın koronavirusa yoluxduğunu söyləmişdi.

Son xəbərlər
Bütün xəbərlər »