Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərb mediası Ümumdünya Səhiyyə Təşkilatını “topa tutdu”

Dünyanın nüfuzlu mtəbu orqanları Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fəaliyyətini şübhə altına alacaq məqalələr dərc etməkdədir.

Hər zaman məlumatları qeydi-şərtsiz ən səhih xəbər kimi təqdim olunan ÜST-ün məlumatlarını dövlətlərin Səhiyyə nazirlikləri götürür. Əsas mənbə olaraq istifadə edir, istinadgah rolunu oynayır. Pandemiya zamnında ÜST-ün adını çəkdiyi dərmanlar isə dünyada necə deyərlər “qapış-qapış” getdi. Öncə Parasetamol, sonra İbupiren ÜST-ün tövsiyələri ilə koronavirusla mübarizədə əvəzolunmaz preparatlara çevrildilər.

UST - Ümumdünya Səhiyyə Təşkilatı

Əslində burda böyük xətalar olmasa da, təşkilatı hadisələrə ləng reaksiya verməkdə, davamlı olmamaqda, səhv qərarlar verməkdə qınayırlar.Məhz bu səhvlər minlərlə insanın ölümünə səbəb ola bilir.

Bizimyol.info dünya mətbuatının səsləndirdiyi iddiaların bir hissəsini təqdim edir.

“Koronavirus pandemiyası zamanı ÜST yarıtmaz fəaliyyət göstərərək dünya ölkələrini vaxtında böyük təhlükədən xəbərdar etməyib, yalançı təsəlliverici mövqe tutdu. Bunun nəticəsi isə bu gün dünyanın bir çox ölkələrində küçələri dolduran insan meyitləri olaraq ortaya çıxdı.

İndi ÜST Çini pandemiyaya qalib gəldiyi üçün tərifləyir, halbuki məhz bu ölkə dünyada minlərlə insanların ölümünə milyardlarla dollarlıq iqtisadi fəsadların yaranmasına səbəb oldu”, - deyə The Financial Times yazır.

“Tayvan hələ ötən ilin dekabr ayında ÜST-ə virusun insandan insana çox sürətlə keçməsi barədə xəbərdarlıq etmişdi. Lakin təşkilat məlumata önəm verməmişdi, çünki, bir çox dövlətlərin tanımadığı Tayvan ÜST-də müstəqil dövlət kimi təmsil olunmurdu. Pekin xəbərdarlıq edəndən sonra yəni yalnız bir ay sonra yanvarın 20-də ÜST bütün dünyaya həyəcan təbili çaldı.Yanvarın 17-də isə təşkilat virusun insandan insana keçmədiyi barədə öz Tvitter səhifəsində arxayınladan məlumat dərc etmişdi.

23 yanvarda koronavirus digər Asiya ölkələrinə və ABŞ-a keçərkən ÜST rəhbəri bunu fövəqladə hal adlandırsa da, qlobal problem kimi görmədi.

Yalnız yanvarın 30-da ÜST probelemə əhəmiyyət verdi. Lakin sərhədlərin bağlanmamasına çağırdı. O zaman bu virus artıq 4 qitədə 19 ölkədə cövlan edirdi.

Pandemiya elan edilməsi üçün bir aydan çox zaman tələb olundu, martın 11-də virus 115 ölkəyə yayıldıqdan sonra qərar verildi. Maraqlıdır ki, ÜST qərarı olmadan CNN özü pandemiya elanını vermişdi.

Başqa sözlə, təşkilat üzərinə düşən vəzifəni insanların sağlamlığının qorunması və dünya dövlətlərinə xəstəlik təhlükəsi barədə məlumat verilməsini ləngidərək böyük fəlakətə səbəb oldu”, - deyə The National Post yazır.

“ÜST 2014-cü ildə Afrikada Ebola yayılarkən də belə soyuqqanlı reaksiya göstərmişdi və bu xəstəlik Qvineya, Sierra Lione və Liberiyada 11300 insanın canını almışdı.Beynəlxalq ekspertlərin fikrinə görə , ÜST 2013-cü ilin dekabr ayında başlayan epidemiyanın yazda nəzarətdən çıxacağını bilirdi. Lakin “Sərhədsiz həkimlər” təşkilatının çağırışlarına baxmayaraq, ÜST yalnız avqust ayında fövqəladə hal elan elədi.

2009-cu ildə isə əksinə donuz qripi zəifkən onu pandemiya elan elədi.

Bundan əlavə ÜST əhalinin kütləvi peyvənd elənməsində israrlı oldu və da bir çox öplkələrin peyvənd alması üçün böyük vəsait sərf etməsi ilə nəticələndi.

O zaman ÜST-ün adı əzcazçılıq şirkətləri ilə işbirliyində hallandı. Belə ki, ÜST-ün təkcə Avropa üzrə gəlirləri 7 milyard avro təşkil etdi”,- deyə THE Tayms yazır.

Ekspertlərin fikrinə görə, indi ÜST-ün çıxış yolu yoxdur.O vəziyyət daha da kəskin hal almasın deyə güzəştə gedir, Çini yalandan tərifləyir ki, bu ölkədən məlumatlar ala bilsin və beynəlxalq komissiyaların üzünə qapılar açıq olsun. Əgər Çin informasiyanı gizlətdiyinə görə, tənqid edilsə Çin daha az əməkdaşlıq edər və gələcəkdə daha böyük fəlakətlər ola bilər”,- deyə VOX nəşri yazıb.

Qeyd edək ki, ÜST Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir.1948-ci ildə yaradılıb, mənzil qərargahı Cenevrədədir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir. Katiblik İcraiyyə Şurasına tabedir və onun rəhbərliyi altında fəaliyyət göstərir. ÜST-nın nəzdində altı regional təşkilat fəaliyyət göstərir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »