Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yandırılmış naməlum kişi meyitinin kimliyi araşdırılır

İsmayıllı rayonunda yandırılaraq qətlə yetirilən kişinin şəxsiyyətini hələ ki, müəyyən etmək mümkün olmayıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, martın 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisində, yol kənarındakı kol-koslu sahədə tanınmaz halda olan kişi meyiti aşkar edilib. Meyitin tapıldığı ərazidə ona aid olduğu ehtimal edilən içərisi qəhvəyi, üstü isə mavi rəngli olan parça gödəkçə, göy rəngli cins şalvar, qara rəngli köynək tapılıb. Onun başqa ərazidə qətlə yetirildikdən sonra yandırıldığı və həmin kol-koslu sahəyə gətirilərək atıldığı ehtimal olunur. Yaşı təxminən 30-40 arası və qan qrupu 3+ olan kişinin bədəni tamamilə yandığı üçün onun şəxsiyyəti istintaqa məlum olmayıb.

Yuxarıda qeyd olunmuş əlamətlərə uyğun gələn şəxs barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin, İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 210-94-95 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Vitse-spikerin müsahibəsi Ramiz Mehdiyevi bitirə bilər
Son xəbərlər
Bütün xəbərlər »