Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özünüifşa “seçkilər”i

Ermənistan özü də istəmədən... Azərbaycanın mövqeyini necə möhkəmləndirdi?

Məlum olduğu kimi, 2020-ci il martın 31-də Azərbaycanın işğal olunmuş ərazisində keçirilmiş “seçkilər”i dünya birliyi rədd edib. Bu, artıq birinci dəfə deyil ki, erməni separatçıları işöal altında olan Dağlıq Qarabağda seçki tamaşası qurur və onun rədd edilməsi də ilk dəfə baş vermir. Bu dəfə əsas fəqrlərdən biri təbii ki, seçkiləri rədd edən, Azərbaycana açıq dəstək verən ölkələrin sayının artmasında və açıq bəyanatların daha çox verilməsindədir.

Məlumat üçün bildirək ki, Azərbaycanın Dağıq Qarabağ regionundakı qondarma “seçkilərə” Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Qoşulmama Hərəkatı, Türk Şurası, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və başqaları öz adekvat münasibətini bildirib.

Bəyanatların əsas məğzi ondan ibarədir ki, əvvəla, dünya birliyi bu “seçkilər”in nəinki nəticələrini (yəni o “seçki”də “seçilmiş” şəxslərin mandatını), əslində bu tədbirin qanuni, konstitusion çərçivəsi kimi təqdim edilmiş “hüquqi əsasları” tanımır. Bu da o deməkdir ki, dünya birliyi həmin ərazilərdə də seçkilərin yalnız və yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində keçirilməsini əsas götürür. Təbii ki, bu da onunla bağlıdır ki, öz bəyanatlarında dövlətlr və beynəlxalq təşkilatlar Azərbaycanın dünya birliyincə qəbul edilmiş sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü, bu ərazi üzərində Azərbaycan Respublikasının suverenliyini tanıyır. Bir başqasının belə bir hüququnun olmadığını, əgər belə bir iddiada olan varsa da, onun beynəlxalq hüquqqun hamılıqla qəbul edilmiş normalarını pozduğunu bəyan edirlər. Dağlıq Qarabağdakı “seçki”lərin beynəlxalq birliyin açıq bəyan olunan siyasi iradəsi ilə rədd edilməsi, əslində, həmin tədbiri keçirən yerli erməni əhalisinin separatçı, onların arxasında dayanan Ermənistanın isə işğalçı kimi tanınması deməkdir. Bəzən belə fikirlər səslənir ki, həmişə bu cür bəyanatlar olur, nəticəsi isə yoxdur. Əlbəttə ki, bu siyasi iradənin daha təsirli formada ortaya qoyulması, Ermənnistana və separatçılara sanksiyaların tətbiq olunması ən elementar məntiqi qanunauyğunluqdur. Ən əsası, bunu beynəlxalq hüquq tələb edir. Çin, Rusiya, İran, Türkiyə, Venesuela və sair kimi böyük dövlətlərə qarşı sanksiyalar qoya bilən siyasi iradə nə üçün Ermənistana və onun dəstəyilə ayaqda duran separatçı oyuncaq “quruluş”a sanksiyalar qoymağı “unudub”? Bu, Azərbaycan cəmiyyətində və Azərbaycan dost olan dairələrdə hər zaman dolaşan haqlı və hiddətli sualdır. Təbii ki, məntiqli yanaşmadır. Ancaq, təəssüf ki, bu, hazırda bir reallıqdır; indi əsas olan siyasətin tərifində deyildiyi kimi, mümkün olanı əldə etməkdir. Bu məsələnin beynəlxalq hüquq çərçivəsində ədalətli həll üçün şərtlər oluşuncaya qədər Azərbaycan üçün ən mümkün olan başlıca vəzifə qondarma Dağlı Qarabağ rejiminin beynəlxalq səviyyədə tanınmasına nail olmamaqdır. Bu gün üçün Azərbaycan buna nail olur. Bu, Azərbaycanın haqlı davasını bundan sonra da və daha əsaslı davam etdirməsi üçün hüquqi, hətta siyasi bazisi möhkəmləndirir. Hətta Ermənistan özü də bu separatçı rejimi tanımağa cəsarət etmir. Çünki dünya birliyinin ona qarşı sanksiyalarından, tamamilə təcrid olunacağından qorxur. Hzırda bura qədər Azərbaycanın iradəsi Ermənistanın siyasətini yönləndirə bilir. Əgər Azərbaycan indiyə qədər öz işğal olunmuş əraziləri ilə bağlı hansısa diplomatik səhvə yol vermiş olsaydı, təbii ki, xarici dövlətlər arasında da “tanıma” qəflətinə yuvarlananlar olacaqdı. Hərbi əməliyyatlar teatrında qoşunların gələcəkdə - əlverişli şərait yarandığı zaman hücuma keçməsi üçün öz mövqelərini qoruyub saxlaması, möhkəmləndirməsi əsasdır. Diplomatiyada da belədir; siyasətin də öz “strateji yüksəklikləri var.

Separatçı rejim yeni "seçkilər" qarşısında

Əlbəttə, dünya birliyinin tanımadığı, hətta Ermənistanın özünün belə tanımağa cəsarət etmədiyi “seçki” tamaşasının hüquqi və siyasi fiaskosu, bu vəsilə ilə Azərbaycana ifadə edilən dəstək çox önəmli nəticələrdir, hadisələrdir. Ancaq bunun başqa – insani tərəfləri də var. Dünyada ayrı-ayrı nüfuzlu siyasətçilərin və şəxslərin də ifadə etdiyi başqa kontekst də var. Dünyanı bürümüş, 1 milyondan çox insanın yoluxduğu, on minlərlə insanın bu günə qədər canını almış, can almaqda davam edən qlobal çağırışla bəşəriyyətin üz-üzə qaldığı qlobal faciə fonunda - koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda Ermənstanın öz cılız, xırda maraqları dalınca qaçması, hamının başının qarışıq olmasından istifadə edərək fürsətcillik etmısi Azərbaycanın necə bir düşmənlə üz-üzə qaldığını bir daha ortaya qoydu. Dünya pandemiyadan əziyyət çəkərkən Azərbaycanın öz büdcəsindən Ümumdünya Səhiyyə Təşkilatına – qlobal miqyasda faciənin önlənməsi üçün 5 milyon manat ayırarkən, yəni bəşəriyyətin xilası üçün özünün imkalarınca maddi və ən əsası mənəvi dəstəyini ifadə edərkən, Ermənistanın bu hərəkəti onun necə xırda hisslər və məhdud maraqlarla yaşadığını göstərdi. Həm də öz kiçik sayda əhalisi müqabilində böyük sayda – 1000-ə yaxın yoluxmaya məruz qaldığı halda. Bu da öz yerində. ÜST-ün verdiyi qərar və tövsiyələrdə koronavirusdan qorunmağın - əhalinin şəxsi təhlükəsizliyi, sağlamlığı üçün zəruri sərt karantin rejimləri tətbiq olunduğu bir vaxtda Ermənistan rəhbərliyi Dağlıq Qarabağdakı öz soydaşlarını –yerli əhalini “seçki” məntəqələrinə qovaraq onların həyatına və sağlamlığına böyük zərbə vurmuş oldu. Həm də təkcə onların deyil. Bəli, o ərazilər işğal olunub, buna görə də orda yaşayan ermənilərlə Azərbaycan əhalisi deyil, Ermənistan əhalisi daha çox kontaktda olur. Dağlıq Qarabağ əhalisi arasənda infeksiyanın sürətlə yayılması Azərbaycan əhalisinə zərər vuracaq, ya Ermənistan əhalisinə?! Məntiq! Ermənistanın rəhbərliyi çox cılız siyasi maraqlarını təmin etmək üçün öz ölkəsinin əhalisinin sağlamlığını, fiziki təhlüksizliyini belə heçə saydı. Biz belə bir düşmənlə qarşı-qarşıyayıq; bunu da bütün dünya gördü və öz adekvat qiymətini də verməlidir. Bu “seçki” tamaşasının ortaya çıxardığı ən əsas gerçəklərdən biri budur. Azərbaycan onsuz da öz düşmənini yaxşı tanıyır. Bunu da sözlü olaraq və faktlarla dünyaya çatdırırdı. İndi bu qlobal faciənin fonunda öz miskin maraqları ilə yaşayanların kim olduğuna bütün dünya şahid oldu. Ermənistan bu addımı ilə özü də bilmədən və istəmədən özünü ifşa edərək Azərbaycanın mövqeyini gücləndirdi.

Bizim Yol

Son xəbərlər
Bütün xəbərlər »