Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Məmmədov: “Əfv fərmanı prezidentin humanizm siyasətinin tərkib hissəsidir”

Aprelin 6-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.

Dövlət başçısı bu Sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Prezidentin bu humanist addımı xalq tərəfindən böyük razılıqla qarşılanıb. Millət vəkili İlham Məmmədov Bizimyol.info saytına verdiyi açıqlamada dövlət başçısının bu addımını böyük humanist siyasətin bir parçası olaraq qiymətləndirərək, ona təşəkkürünü bildirib.

“Bu gün pandemiya bütün dünya ölkələrini cənginə alıb və insanlığa qarşı müharibə elan edib. Artıq bir neçə aydır COVİD-19-la bağlı xəbərlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib və hər gün pandemiyanın inkişaf xətti barədə üzücü xəbərlər alırıq. Hansı ölkədə neçə nəfər yoluxdu, neçə nəfər həyatını itirdi, iqtisadi probelmlər yarandı və s. Sanki cəbhədən xəbərlər alırıq.Bu dəqiqə bütün dövlətlərin əsas prioriteti öz əhalisinin sağlamlığını və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Bu məsələyə hər ölkə müxtəlif formada yanaşdı. Heç düşünmədən görmək olar ki, Azərbaycan dövlətinin əhalinin sağlamlığını və bu çətin günlərdə rifah halını qorumaq üçün gördüyü tədbirlər inkişaf etmiş ölkələrdən heç də geri qalmadı. Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə atılan hər bir addım bu fəlakətdən maksimum az itki ilə çıxmağımıza hesablanıb və öz bəhrələrini verməkdədir. Prezident dünyanın harasında olmasından asılı olmayaraq hər bir azərbaycanlının təhülkəsizliyinin təmin olunmasına göstəriş verdi, xaricdəki vətəndaşlarımız xüsusi çarter reysləri ilə ölkəyə gətirildilər, onların və yaxınlarının təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi karantin zonaları yaradıldı. Koronavirusla mübarizə üçün səhiyyə sahəsində xeyli işlər görüldü, xüsusi xəstəxanalar ayrıldı, bu xəstəxanalara zəruri avadanlıqlar gətirildi. İqtisadi çətinliklərin aradan qaldırılması üçün dövlət milyonlarla vəsait ayırdı, dəstək paketi açıqladı. Dünən dövlət başçısının fərmanı ilə 176 nəfər cəzaçəkmə müəssisələrindən azad edildi. Hər bir azərbaycanlı kimi, bir vətəndaş olaraq bu humanist addım məni də sevindirdi. Bu cənab prezidentin yürütdüyü humanizm və mərhəmət siyasətinin bir hissəsidir. Həm prezidentimiz, həm vitse – prezidentimiz koronavirusla bağlı təhlükənin aradan qaldırılması üçün görülən tədbirlərdən danışarkən milli-mənəvi dəyərlərimizin ən yüksək zirvəsində duran böyüyə hörmət, ağsaqqala, ağbirçəyə qayğı ilə yanaşmaq prinsiplərini vurğulayır, əhalini yaşlıları qorumağa çağırırdılar.

Müxtəlif səbəblərdən cinayət törətmiş, cəzaçəkmə müəssisələrində saxlanılan 65 yaşdan yuxarı islah olunan insanların cəzasının qalan hissəsi əfv olundu və onlar azadlığa buraxıldılar. Biz bu gün həkimləri, polis işçilərini alqışalyırıq,biz bu gün xidmət sahələrində olan bütün işçilərə, marketlərdə, yanacaqdoldurma məntəqlərində işləyən, küçələrin təmizliyi ilə məşğul olan, ərzaq təhlükəsizliyimizi təmin edən, daşımalarla məşğul olan, bir sözlə pandemiya təhlükəsinə rəğmən adını çəkmədiyim bir çox xidmət sahələrində işinin başında olan insanlara hörmətimizi təşəkkürümüzü bildiririk.Onlar da bu mübarizənin önündədir. Cənab prezidentinin əfv fərmanı hesab edirəm ki, bizim milli birliyimizin, bütün fəalakətlərə qarşı birlikdə dayanmağımızın əsas göstəricilərindən biridir.Pandemiyanın yayılması ilə mübarizədə bizim əsas silahımız birlikdə olmağımız, həmrəy olmağımızdır. Biz bir şüar altında birəşdik - Milli həmrəylik və milli birlik.Biz bu silahla gözəgörünməyən dümənimizə qalib gələcəyik. Ölkə başçısının da dediyi kimi, biz birlikdə daha güclüyük.Ona görə ,mən prezidentimizin əfv fərmanını yüksək humanist addım olaraq qiymətləndirirəm. Tək mən yox, bütün xalq bu fikirdədir və öz liderinə təşəkkür edir. Bu xalqımıza yeni stimul verir, dövlətimizə, dövlət başçımıza inamı etimadı daha da yüksəldir və xalq olaraq bizi daha da gücləndirir.

Sosial şəbəkələrdə azadlığa buraxılanlar siyahısında bəzi şəxslərin adlarının görünməsini müzakirə edənlərə demək istəyirəm ki, bu dövlət başçısının səlahiyyəti çərçivəsində olan məsələdir, onun qərarıdır.Bu qərar hesab edirəm ki, onun yüksək humanizminin göstəricisidir.65 yaşdan yuxarı olan hər bir Azərbaycan vətəndaşına şamil edilən qoruma tədbirləri həbsxanada olan vətəndaşlara da şamil edilib, bu fərman ahıl insanlarımızın qorunmasına hesablanmışdır. Ayrı-ayrı şəxsləri müzakirə etməməliyik. Bu cənab prezidentin böyük mərhəmət, humanizm siyasətinin tərkib hissəsi, yaşlı əhalinin koronavirusdan qorunmasına yönəlmiş tədbirlər planının bir parçası kimi qəbul olunmalıdır”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »