Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada pandemiya böyüyür - yoluxma və ölüm sayları günbəgün artır

Rusiyada son sutka ərzində koronavirusa 1154 yeni yoluxma qeydə alınıb. Əvvəlki gündə isə yeni yoluxma sayı 954 olmuşdu. Daha əvvəl isə bir gündə 658 yeni yoluxma baş vermişdi.

Bizimyol.info xəbər verir ki, Rusiyada koronavirusa yoluxanların ümumi sayı 7497 nəfərə çatıb. Yoluxma 81 regionu əhatə edir.

Son sutka ərzində ölənlərin sayı isə 11 nəfərdir. Əvvəlki gündə isə ölənlərin sayı cəmi 2 olmuşdu. Həmçinin ondan da əvvəlki gündə 2 ölüm faktı qeydə alınmışdı. Rusiya ərazisində indiyədək koronavirusdan 58 nəfərin öldüyü açıqlanıb.

Sağalanların ümumi sayı isə 494 nəfərdir, sutka ərzində 88 nəfər xəsətəxanalardan buraxılıb.

Son günlərin dinamikası göstərir ki, pandemiya artıq Rusiyada da böyüməyə başlayıb. Bəzi müşahidəçilər hesab edirlər ki, Rusiyada heç də bütün faktlar rəsmən qeydə alınmır və real vəziyyət deyildiyindən qat-qat ağırdır.

Son xəbərlər
Bütün xəbərlər »