Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sülhməramlılarımızın növbəti qrupu Cənubi Sudanda fəaliyyətə başlayıb

Cənubi Sudandakı sülhməramlılarımızın fəaliyyəti yüksək qiymətləndirilib.

Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada iştirak edən Azərbaycan Ordusunun zabitləri plana uyğun olaraq Bakıya qayıdıb.

2019-cu ilin yanvar ayından BMT-nin sülhməramlı missiyasında iştirak edən Azərbaycan hərbçilərinin fəaliyyəti beynəlxalq hərbi komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

Cənubi Sudana rotasiya qaydasında göndərilən Azərbaycan Ordusunun yeni heyəti isə bu ölkənin paytaxtı Cuba şəhərindəki missiyada fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Milli Məclisi 2018-ci il noyabrın 30-da BMT-nin sülhməramlı missiyasının komandanlığı altında Cənubi Sudan Respublikasında hərbi qulluqçularımızın yerləşdirilməsi və missiyada iştirakı haqqında qərar qəbul edib.

Son xəbərlər
Bütün xəbərlər »