Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ərzağın bahalaşmasını önləmək üçün hansı tədbirlər görülür... - Açıqlama

Xəbər verdiyimiz kimi koronavirus (COVID-19) pandemiyasının Azərbaycan iqtisadiyyatına və gündəlik sosial-iqtisadi həyata mənfi təsirinin azaldılması üçün dövlət başçısının sərəncamı ilə yaradılan İşçi Qrupu dəstək paketini təqdim edib.

Pandemiyadan zərər çəkmiş sahələr müəyyənləşdirilib və dövlət dəstəyinin göstərilməsi ilə bağlı 10 proqram hazırlanıb. Bu sahələr 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Dövlət dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manat olmaqla Azərbaycanın ÜDM-nin 3 faizini təşkil edir. Vurğulanmalıdır ki, iqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dövlət dəstəyi paketi nəzərdə tutulmayıb.

Ruslan Atakişiyev Ruslan Atakişiyev

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev Bizimyol.info-ya müsahibəsində hazırlanan proqramlar barədə danışıb.

- Ruslan müəllim, dəstək paketində 10 fərqli proqram var. Bu proqramlarda əhaliyə, sahibkarlara dəstək proqramı ilə bağlı sizcə ən vacib məqam hansıdır?

- Vacib məqamlardan ondan ibarətdir ki, sahibkarlıq subyektlərində çalışan, yəni 300 min nəfər yaxın muzdlu işçilərə dövlət tərəfindən 215 milyon manat pulun ayrılacaq, onlara əmək haqqının bir hissəsinin dövlət tərəfindən veriləcək. Yəni əmək haqqı fondunun 50 faizini dövlət tərəfindən ödənilməsidir. Bu da orta hesabla hər bir işçi üçün 706 manat nəzərdə tutulub. Bu da xüsusi əhəmiyyət kəsb edir. VÖEN-lə işləyən fərdi sahibkarlar üçün də 300 min nəfəri əhatə edən təxminən 70 milyon manat da nəzərdə tutulub. Əhali üçün əsas vacib olan məşğulluqdur, yəni işsizliyə görə müavinət verilməsidir. Hər adambaşına 190 manat pulun verilməsi, bununla yanaşı 40 milyon manat təhsil haqqını ödəyə bilməyənlərə təhsil haqqının ödənilməsi üçün pulun ayrılmasıdır, əhaliyə 50 min yeni iş yerinin açılması, daha doğrusu, ictimai işə cəlb olunma proqramına 50 min nəfərin bu yolla işlə təmin olunmasıdır, 11 min nəfərə özünəməşğulluq proqramı çərçivəsində vəsaitin ayrılmasıdır.

- Biznes üçün vergi güzəştləri, tətilləri və imtiyazları nəzərdə tutulub. Hansı sahibkarlar dövlət dəstəyi proqramından necə faydalanacaq?

- Burada əsasən əhalinin ərzaq təminatı məhsulları ilə çalışan şirkətlər, supermarketlər, ərzaq təminatı ilə məşğul olan xaricdən mal idxal edən sahibkarlıq subyektyləri, kənd təsərrüfatı subyektyləri, xüsusilə kim ki ərzaq təminatı və aptek ləvazimatları hazırlanması, alınması ilə məşğul olur, əhalini malla təmin edir, onlar əgər xaricdən məhsul idxal edirsə, ticarətlə məşğuldursa onlar ƏDV-dən azad olunacaq, həmçinin gömrük tariflərindən azad olunacaqlar. Bu da imkan verəcək ki, həmin ərzaq məhsulları bahalaşmasın.

- İnsanlarda maraq oyadan bir məsələ də ipoteka kreditlərinə dəstək proqramı oldu. Burada hansı dəyişikliklər olacaq? Bu dəstəyin əhəmiyyəti nədir?

- İpoteka kreditlərinə dəstək proqramı dövlət tərəfindən tikinti koorperasiyasının yaradılmasıdır. Həmçinin dövlət tərəfindən ipoteka ilə bağlı tikintilərə ayrılacaq pulun artırılmasıdır. Bu da ona görədir ki, həm işsizliyi təmin etmək, bu məsələ koronavirus pandemiyasından sonrakı dövrə nəzərdə tutulub, həmçinin əhalinin yaşayış yeri ilə, ucuz evlə təmin olunması məsələsidir. Əsasən burada dövlət tərəfindən tikintinin artırılması və Azərbaycan tikinti koorperasiyasının yaradılması nəzərdə tutulub.

- Sırf koronavirus pandemiyası dövründə bu məsələ aktuallaşıb, yoxsa bundan öncə də aktual idi?

- Xeyr, pandemiyadan sonrakı dövr üçün aktualdır.

- Bank sektoru ilə bağlı 2 proqram hazırlanıb. Bunlardan biri 1 milyard manatlıq kredit portfelinə dəstək proqramıdır. Bu proqramların mahiyyəti nədir?

- Kredit portfelinə 1 milyardlıq dəstək ondan ibarətdir ki , Sahibkarlara Kömək Milli Fondu vasitəsilə vəsaitlərin verilməsi nəzərdə tutulub, o cümlədən kredit götürən zaman 60%-ə yaxın dövlət zəmanətinin həyata keçirilməsidir, həmçinin də kreditin faiz dərəcəsində, yəni mart ayının 10-unadək kredit götürülübsə 155-lik yaxud 13%lik kredit götürübsə onun 10%-nin dövlət tərəfindən ödənilməsidir ki, bu da sahibkara 3-5%-ə başa gəlir. Bəzi hallarda isə yeni kredit proqramında isə sahibkar kredit götürdüyü zaman onun yarı faizinin dövlət tərəfindən ödənilməsi, məsələn deyək ki, 15%-lik kredit götürübsə onun 7,5%-ni dövlət ödəyəcək, həmin şəxsə və ya həmin firma, şirkətə 7,5% düşəcək.

- Təkliflər sırasında əhalinin elektrik enerjisinin, kommunal limitinin artırılması da var idi. Ancaq elektrik enerjisinin adı çəkildi. Əslində digər kommunal xərclərimiz də var.

- Yaxşı olardı ki gələcəkdə qaz limiti götürülsün, ümumiyyətlə köhnə borcların silinməsi məsələsi, xüsusən sahibkarlıq subyektlərində suyun kubmetrinin hesablanması əhali kimi kubmetri 50 qəpiyə hesablanardı.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »