Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yardım almaq üçün qeydiyyata düşmə qaydası

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin yardım paketində 200 min işsizə 2 ay ərzində hər ay 190 manat ödənilməsi məqsədilə 70 milyon manat vəsait ayrılıb.

Yardımı əldə etmək üçün ilk növbədə işsizlik statusunun rəsmiləşdirilməsi lazımdır. Bizimyol.info rəsmiləşdirilmə qaydasını təıqdim edir.

1. www.e-sosial.az saytına daxil olun.

2. Əgər asan imza və ya elektron imzanız yoxdursa, onda istifadəçi Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə daxil olmalısınız. FİN kod şəxsiyyət vəsiqəsinin üst tərəfində Fərdi İdentifikasiya Nömrəsi olaraq gerb rəsminin altında yazılır.

3. Onlayn qaydada İstifadəçi FİN-inin əldə olunması üçün

“Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edin.

4. Mobil telefonunuza gələn aktivasiya kodunu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın.

5. İstifadəçi FİN ilə daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub, orda uyğun məlumatları yerləşdirin. Əgər sistemdə problemlə qarşılaşsanız onda 108-ə zəng edin, əlavə məlumat alın.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »