Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə aeroportları xəstəxanaya çevirir

Türkiyədə koronavirusla bağlı vəziyyət yaxşı deyil. Hadisələrin gedişi nikbinliyə əsas vermir. Hər gün yoluxanların sayı artır.

Bizimyol.info xəbər verir ki, Türkiyə aeroportları xəstəxanaya çevirir. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bu haqda danışıb. O, İstanbuldakı Atatürk hava limanından və Sancaktəpə aeroportundan istifadə edəcəklərini bildirib. Hər iki aeroportun ərazisi 1000 pasiyent üçün xəstəxanaya çevriləcək. Ərdoğan işi 45 günə bitirəcəklərini söyləyib.

Türkiyə prezidentinin dedikləri də koronavirusla mübarizənin uzun sürəcəyindən xəbər verir. Ərdoğan məktəblərlə bağlı onlayn tədrisin də bir müddət aparılacağını söyləyib.

Türkiyədə 30 min 217 nəfərdə virus aşkarlanıb. Onlardan 649-u həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »