Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada bir gündə 800 nəfər koronavirusdan öldü

Fransada koronavirusa yoluxanların sayı 98 010 nəfərə çatıb.

Bunu Fransanın Səhiyyə naziri Olivye Veran deyib.

Onun sözlərinə görə, ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 8 911 nəfər təşkil edib.

Belə ki, son 24 saat ərzində ölkədə 800 nəfər pandemiyanın qurbanı olub.

Nazir əlavə edib ki, vəziyyəti ağır olan 7 072 nəfər reanimasiya şöbəsindədir.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »