Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə virusa yoluxanların sayı 30 mini keçdi

Dünyada virusa yoluxanların sayı azalan xətt üzrə yol alıb. İtaliyada virusa yoluxanların sayı xeyli azalıb. Amma Türkiyə haqda belə demək olmur.

Bizimyol.info xəbər verir ki, qardaş ölkədə ən böyük göstərici qeydə alınıb. Son sutka ərzində daha 3148 nəfərdə virus aşkarlanıb. Dünən bundan nisbətən az – 3135 nəfərdə infeksiya üzə çıxmışdı. Beləcə, ümumi say 30 mini keçib (30217).

Sutka ərzində Türkiyədə 75 nəfər virusdan həyatını itirib. Ölənlərin ümumi sayı 649-a çatıb.

Türkiyə səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, ümumilikdə 1326 nəfər sağalıb. Virusu müəyyənləşdirmək üçün daha 21,4 min testdən istifadə olunub. İndiyə qədər 202 mindən çox Türkiyə vətəndaşı testdən keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada virusa yoluxanların sayı 1,3 milyon nəfəri keçib. Ölənlərin ümumi sayı 73 minə çatıb.

Son xəbərlər
Bütün xəbərlər »