Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın əsas məsələsi

Əhali və hakimiyyəti böyük sınaqlardan necə keçir?

COVİD-19 yeni tipli koronavirus pandemiyasının yayılmasına hərə bir cür reaksiya verdi. Dövlətlərin və dövlət rəhbərlərinin yanaşmalarından söhbət gedir. Elə böyük dövlətlər var ki, rəhbərləri və hökumətlər əvvəl-əvvəl infeksiyanın yayılmasını ciddiyə almadı. Sonradan nə baş verdiyi qənaətinə gələndə lazım olan addımları atmağa gecikdilər. Bəzilərinin gördüyü təsbirlər yetərsiz, hətta ziddiyyətli oldu; əvvəl verdikləri qərarların böyük insan itkisinə səbəb olduğunu görüb başqa bir xətt izləməyə başladlar (sanki xalqən üzərində eksperiment keçirirmiş kimi). Elə ölkələr də oldu ki, rəhbərlər xalqdan əvvəl özlərinin hayına qaldılar; özlərini karantinə almaqla öz təhlükəsizliklərini ilk plana qoydular. Azərbaycanda isə hər şey özünəxas şəkildə başqa cürdür.

Maska intriqasından kənarda

Prezident əhalinin təhlükəsizliyi və müvafiq olaraq təminatı üçün addımlar atır; insanların izolyasiya edilmısi ilə bağlı qərarlar verir. Özü və hökuməti isə iş başındadır. Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirakı da bunu sübut edir. İki gün əvvəl Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov demişdi ki, maska istehsalı üçün xammal gətirilib; tezliklə istehsal başlayacaq. Çox qısa müddətdə bu müəssisə açılışa hazırlandı, Prezident İlham Əliyev müəssisənin açılışını etdi, tibbi maskaların yerli istehsalına başlanıldı. Bu, əhali üçün çad xəbər oldu. Çünki baxsanız, ən böyük iqtiadiyyata malik olan dövlətlərdə də tibbi maska çatışmazlığı var və çox sürətlə bu istehsalı qura bilmədilər. Dünyanın aparıcı media orqanlarının da xəbərlərindən görünür ki, dost və müttəfiq dövlətlər arasında maska idxalı ilə bağlı ziddiyyətlər oldu. Ümumdünya Səhiyyə Təşkilatı tibbi maskaların çox vacib olduğunu açıqlayandan sonra xüsusilə Qərb dövlətləri arasında maska intriqaları alovlandı. Bu, həm də həmin ölkələrdə pandemiyanın daha geniş yayılması və hər gün daha çox can alması ilə bağlı idi. Azərbaycan isə əhalini izolə etməklə yanaşı maskaların yerli istehsalını yaratmağa başladı. Artıq zavod işləyir və insanların tibbi qoruyucu maskalara ehtiyacını əsasən ödəməyi hədəfləyir.

Prezidentin nitqindəki ƏSAS MƏSƏLƏ

Prezident İlham Əliyev də açılışdakı nitqində bu məsələnin əhəmiyyətinə diqqət çəkdi; əvvəla, tibbi maskaların və dezinfeksiya vasitələrinin yerli istehsalı qısa müddətdə təşkil olunub. Bu, məsələnin bir tərəfidir. Başqa bir baxımdan, tibbi maskaların və başqa qoruyucu və dezinfeksiyaedici vasitələrin yerli istehsalı Azərbaycanın bu sahədə xarici istehsaldan və xarici bazar konyukturlarından asılılığını aradan qaldırır. Çünki hazırda çox dövlətlər ancaq öz əhalisini xilas etməyə çalışır. Bunun müəyyən obyektiv səsbəi də var; Azərbaycandan fərqli olaraq, bir çox ölkələrdə (hətta böyük dövlətlərdə belə) pandemiya daha sürətlə yayılır və daha ağır nəticələri var. Prezidentin açılışını etdiyi zavodun istehsala başlaması bir yandan onu göstərdi ki, Azərbaycan çox qısa müddətdə və effektiv şəkildə - çağırışlara və tələbata uyğun olaraq öz istehsal sahələrini konversiya və yaxud təşkil edə bilir. Eyni zamanda əhali arasında tibbi qoruyucu maskaların və dezinfektə edici vasitələrin qıtlığından və süni bahalığından narahatlıq var idi. Bəzi fürsətcil işbazlar tələbatın artdığını görüb, süni qıtlıq və bahalıq yaradaraq daha çox və asan qazanc ıldə etməyə çalışdılar. Prezident ilk gündən bu məsələyə sərt reaksiya vermişdi. Bu dəfə də həmin mənfi hallara toxundu və dedi ki, “əsas məsələ apteklərdə və digər ticarət yerlərində süni qiymət artımına yol verməməkdir” dedi. Prezidentin sözlərindən məlum olur ki, süni qıtlığın və bahalığın olmaması və olarsa da, qarşısının alınması dövlət üçün ƏSAS MƏSƏLƏdir. Çünki hazırda yayılmaqda olan koronavirusdan əhalini qorumaq ƏN ƏSAS MƏSƏLƏdir. Bu, infeksiyanın yayılmağa başlamasının lap başlanğıcında Azərbaycanın başqa, hətta özündən əhali sayına və iqtisadi, infrastruktur və sair imkanlarına görə dəfələrlə böyük olan dövlətlərə nisbətən daha çevik önləyici addımlar atmasından da görünmüşdü. Əhalinin qorunması və ölkənin ictimai sabitliyinin və iqtisadi inkişaf imkanlarının dayanıqlılığı hökumət üçün bir nömrəli əsas məsələ oldu. Bütün qərarlar və icraatlar bu xətt üzərində quruldu. Əhalinin sağlamlığı, təbii ki, başlıca prioritetdir. Eyni zamanda ölkənin daxili tarazlığı, o cümlədən, iqtisadiyyatının işləkliyi də saxlanmalıdır ki, ölkə, cəmiyyət yaşaya, yoluna davam edə bilsin.

“Azərbaycan öz gücünü ortaya qoydu”

Sağlamlığa verilən önəmin təsdiqi olaraq Prezident Azərbaycanda indiyədək 45 min koronavirus testi keçirildiyini, bu baxımdan da aparıcı dövlətlərdən olduğumuzu dedi. Xarici ölkələrdən 15 mindən çox Azərbaycan vətəndaşı ölkəyə gətirilib. 4500 insan Bakıda və bölgələrdə müvafiq qaydada karantinə alınıb. Prezident bu faktları da sadaladı. Eyni zamanda aprelin 5-dən qüvvəyə minmiş karantin qaydalrının da əhəmiyyətini xüsusi vurğuladı. Xəstəliyin daha geniş miqyasda yayılmasının qarşısını almaq üçün bu tədbirin vacib olduğunu önə çəkdi. Prezidentin də çıxışından məlum olduğu kimi, bu pandemiya Azərbaycan üçün bir neçə cəhətdn sınaqdır: birincisi, Azərbaycan dövlətinin özünü, öz əhalisini qorumaq baxımından gücünü və qərarlılığını ortaya qoymuş oldu; ikincisi, əhalinin qoyulan qaydalara duyarlı münasibəti, ictimai məsuliyyəti və nizam-intizamı sınanır (özünün və bütövlükdə cəmiyyətin başqa ölkələrdəki miqyasda – az qala infeksiya kollapsına düşməməsi üçün hər kəsin cavabdehliyini, bunu nə qədər anlayan xalq olduğumuz imtahan olunur); üçüncüsü isə, bu ciddi və miqyaslı təhlükə qarşısında ölkədə milli birliyin, həmrəyliyin dərcəsi müəyyənləşir – biz yalnız ildə bir dəfə dekabrın 32-də deyil, hər zaman, xüsusilə də, indiki kimi, milli sınaqlar qarşısında öz həmrəyliyimizi göstərməiyik. Prezidentin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratması da bu birliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət edir.

Koronavirusla Mübarizə Fondu milli birlik platforması kimi

Açıq demək lazımdır: bəzi müxalif fikirlər də var ki, Azərbaycan və Türkiyədən başqa heç kim belə fond yaradıb ora vəsait cəlb etmir, əksinə hökumət əhaliyə vəsait ayırır ki, izolyasiya dövrünü rahat keçsin. Burada mühahisə olunacaq bir iki məqam var. Birincisi, bu Fonda vəsaitləri elə birinci olaraq Prezident, onun ailə üzvləri, eləcə də, dövlət qurumları köçürdü. Eyni zamanda irili-xırdalı şirkətlər də dəstək verdilər. Əəslində bura toplanmış və ümumiyyətlə, toplanacaq vəsaitin məbləği ilə yanaşı, ondan da çox onun simvolizə etdiyi ideya, məram önəmlidir; bu, bir ictimai dəstək hərəkatı, elə bir platformadır ki, həm imkanı olan qurumlar, şirkətlər, zəngin insanlar ora öz maddi töhfəsini versin, həm də əhalinin özündın də simvolik məbləğlərin ifadəsində mənəvi dəstək edilsin. Prezidentin koronavirus xəstələri üçün nəzərdə tutulmuş “Yeni Klinika”nın açılışında da dediyi ki, hətta bir manat köçürülmısinin özü də qiymətlidir. Çünki koronavirus təhlükəsi qarşısında cəmiyyətin müxtəlif kəsimlərinin, müxtəlif mövqeli qruplarının, müxtəlif sosial təbəqələrinin birləşməsi, dövlətin gördüyü işlərə dəstək verməsi, milli həmrəylik göstərilmısi üçün bir uyğun, vahid platforma gərək olmuşdu və Koronavirusla Mübarizə Fondu da bu ehtiyacdan - əslində maddidən çox mənəvi tələbatdan yarandı.Dövlət rəhbəri: “Gəlin, ümumilli təhdidə qarşı hamımız birləşək” mesajını bu cür vermiş oldu. Məsələ təkcə o Fonda köçürülən maliyyədə deyil; əksinə, baxsanız, Prezident, dövlət özü koronavirusla mübarizə üçün həmin fonda 20 milyon manat, ondan kənarda 1 milyard ayırdı. Və əhalinin, iqtisadiyyatın zərər görməməsi üçün 2,5 milyard manatlıq paket nəzərdə tutub və bu paket də tezliklə reallaşmağa başlayacaq. 600 min işçi, eləcə də, sahibkarlar bu paketdən dəstək alacaq. Bütün bunlar onu göstərir ki, dövlət öz əhaisinin sağlamlığını qorumaq, öz daxili təhlükəsizliyini mühafizə etmək və iqtisadiyyatının normal qaydada işləməsini davam etdirmə üçün mümkün olan bütün addımları atmaqda qərarlıdır və izlədiyi xəttin düzgün, effektiv olduğundan əmindir. Prezidentin son çıxışından da bu, bir daha hiss olundu.

Bizim Yol

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »