Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Merkeldən itmiş maskalarla bağlı açıqlama

“Berlin üçün sifariş olunan tibbi maskalarla bağlı istintaq başlanılmalıdır”.

Bunu mətbuat konfransında Almaniya kansleri Anqela Merkel deyib.

Kansler baş verənlər haqqında geniş məlumatının olmadığını da əlavə edib.

Qeyd edək ki, Berlin polisinin ABŞ istehsalçısına sifariş verdiyi FFP2 tipli maskalar Banqkok aeroportunda müsadirə edilib. Nəticədə qiyməti əvvəlcədən ödənilmiş 200 min maska mənzil başına çatmayıb.

“Tagesspiegel” nəşri isə maskaların ABŞ tərəfindən ələ keçirildiyini və Amerikaya göndərildiyini qeyd edib.

ABŞ-ın Almaniyadakı səfirliyi isə ölkəsinin baş verənlərlə əlaqəsinin olmadığını vurğulayıb.

Cümə axşamı günü isə Fransanın Qrand-Est regionun rəhbəri Jan Rettner Çindən sifariş etdikləri maskaların Amerika tərəfindən alındığını bildirmişdi. Lakin o, daha sonra özünün Twitter hesabında belə söz demədiyini və maskaların Fransaya gəlib çıxdığını qeyd etmişdi. (Apa.az)

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Koçaryan: “Azərbaycanı qıcıqlandırmaq yox, danışıqlar üçün qapıları açıq saxlamaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »