Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Prezident əfv sərəncamında humanizm prinsiplərini əsas götürdü" - Hüquq müdafiəçisi

“Prezident İlham Əliyev humanizm prinsiplərinə əsaslanaraq dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumları cəzasının çəkilməmiş hissəsindən azad edib”

Bunu dövlət başçsının sərəncamını Bizimyol.info-ya şərh edən Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov belə deyib.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sahib Məmmədov

O, qeyd edib ki, bu sərəncamdan çoxlu sayda insan yararlanıb. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmis 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilməsi, bir o qədər ailənin sevincinə səbəb olub.

Sahib Məmmədov bildirib ki, sərəncamda humanist prinsiplər və məhkumların müdafiəsinin təşkili əfv üçün müraciətlərdə nəzərə alınıb: “Bu fərqli əfv sərəncamı oldu. Sərəncamda da qeyd olunub ki dünyada və ölkədə yayılan pandemiya ilə bağlı yaşı 65-dən yuxarı məhkumlar cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. Bir müddət əvvəl, mart ayında məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxıldı.

Amnistiya aktını qəbul etmək, icra etmək və onu həyata keçirmək çətin prosesdir. İndiki halda təcili icra olunan qərarlar qəbul etmək daha yaxşıdır. Onlardan da ən yaxşı yolu Prezidentin əfv aktıdır. Bildiyim qədərilə sərəncam cəzaçəkmə müəssisələrində özünü intizamlı aparmış, əsasən yaşı 65-dən yuxarı olan məhkumları əhatə edir. Prezident humanizm prinsiplərini əsas götürüb, həm də bu şəxslərin daha yaxşı müdafiəsini təşkil etmək və başqalarının risklərini azaltmaq üçün atılmış addımdır. Əlbəttə mən bu qərara müsbət yanaşıram”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Sərəncam dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalanıb.

Paylaş »
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
Son xəbərlər
Bütün xəbərlər »