Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniya kraliçası xalqa müraciət edib

Böyük Britaniya kraliçası II Yelizaveta İngiltərə televiziya ilə xalqa müraciət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə gazeta.ru məlumat verib.

Məlumatda bildirilir ki, o, həkimlərə və könüllülərə təşəkkür edib. Kraliça əmin olduğunu bildirib ki, indi hər kəsin özünü təcrid etməklə, COVID-19 pandemiyasına qarşı mübarizədə öz töhfəsini vermiş hesab edilir. O, indiki vəziyyətdə xalqın qaydalara uyğun hərəkər etməsinin vacib olduğunu bildirib.

Kraliça həyat yoladaşı şahzadə Fhilip ilə Windsor qalasında olduğunu bildirib. Hər kəsi onun kimi tətbiq olunan rejimə tabe olaraq tezliklə normal həyata qayıdacaqlarına inanmağa çağırıb.

İngiltərədə COVID-19-dən ölənlərin sayının 5 368 nəfər olduğu gün kraliça dörd dəqiqəlik nitqində Birləşmiş Krallıq sakinlərini pandemiya qarşısında birləşməyə və yeni növ koronavirusla mübarizədə qalib gəlməyə səsləyib.

Əvvəlcə, o, hal-hazırda ön cəbhədə "COVID-19" ilə mübarizə aparan həkimlərə təşəkkür edib: "Əminəm ki, ölkənin bütün əhalisi sizin əməyinizin çox dəyərli olduğuna mənim qədər inanırlar. Sizin sərf etdiyiniz hər dəqiqənin xalqımızın bu bəladan xilası üçün çox qiymətli olduğunu bilirlər. Siz bizim normal həyata dönməmiz üçün çalışırsınız”, -deyə II Yelizaveta bildirib.

O, çıxışında bir neçə dəfə gərgin vaxtlarda xalqa müraciət etdiyini bildirdi. Məsələn, o, 14 yaşında ikən ilk dəfə xalqa müraciət etdiyini xatırladıb. Sonra 1940-cı ildə şahzadə kiçik bacısı Marqaret ilə birlikdə hərbi əməliyyatlar səbəbindən evlərindən təxliyə olunan uşaqlar üçün radio mesajı yazdığını deyib. "Bu gün yenə də bir çoxları yaxınlarından ayrıldıqları üçün ağrılı hisslər yaşayırlar. İndi də o vaxtlar olduğu kimi, doğru bir iş gördüyümüzü düşünərək sizə müraciət edirəm", -deyib.

Vətəndaşları nizam-intizama və özünü təcrid etməyə çağıran II Yelizabet indiki nəslin İngilislərinin milli xüsusiyyətlərinin olduğunu vurğulayıb.

"Ümid edirəm ki, gələcək illərdə hər kəs bu çətin vəziyyətdə sizin iradəniz və səbrinizlə bağlı qürur duyacaq. Gələcək nəsillər deyəcəklər ki, ingilislər həmişə olduğu kimi güclü olublar. Ciddi intizam, çiyinlərindəki məsuliyyətli yükünü dərk etmək və hər şeydə yumor aramaq keyfiyyətləri bu ölkəni hələ də xarakterizə edir ", - deyə o bildirib.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »