Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həqiqətə uyğun olmayan məlumatları yayan şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xüsusu karantin dövründə sosial şəbəkələrdə işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi ilə bağlı icaze.e-gov.az portalı vasitəsi ilə qeydiyyatın aparılması barədə həqiqətə uyğun olmayan məlumatlara münasibət bildirib.

Dövlət Agentliyindən Bizimyol.info-ya verilən məlumatda bildirilib ki, sosial şəbəkələrdə işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsinə dair icaze.e-gov.az portalı vasitəsi ilə qeydiyyatın aparılması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir”.

"Müvafiq qeydiyyat prosesi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron qaydada www.e-sosial.az portalı vasitəsi ilə həyata keçirilir.

Ətraflı məlumat: http://sosial.gov.az/post/3318

icaze.e-gov.az portalı yalnız müvafiq dövlət və özəl təşkilatlarının əməkdaşlarının xidməti zərurətlə əlaqədar hərkətlərinin təmin edilməsi məqsədi ilə onlar üçün icazənin alınmasını təmin edir.

Bir daha bildiririk ki, həqiqətə uyğun olmayan və şayiə xarakterli məlumatların yayımlanması xüsusi karantin rejiminin tələblərinə ziddir və bu cür halları yaradan şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir", - deyə məlumatda bildirilib.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »