Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FİFA yeni qərara hazırlaşır

FİFA koronavirus pandemiyası səbəbiylə dayandırılan çempionatlarla bağlı yeni qərar verməyə hazırlaşır.

Qurum, yerli çempionatları ləğv etmək fikrində deyil. FİFA bütün federasiyaların çempionatın bitmə vaxtını müstəqil olaraq müəyyənləşdirməsinə icazə verəcək. Pandemiyanın yaratdığı vəziyyətin hər ölkədə fərqli olması səbəbiylə, FİFA bütün ölkələr üçün eyni tarixin elan edilməsinin yanlış olacağını düşünür.

Bundan başqa, iyunun sonunda klubları ilə müqaviləsi bitəcək futbolçulara sözləşməni mövsüm tamamlanana qədər yeniləmək imkanı yaradılacaq. Eyni zamanda, qurumun transfer pəncərəsinin vaxtını da dəyişdirməsi gözlənilir.

Məsələylə bağlı rəsmi qərarın yaxın günlərdə açıqlanması gözlənilir. (Qafqazinfo.az)

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
››› Britaniya şirkəti Qarabağda maraqlı layihə planlaşdırır
Son xəbərlər
Bütün xəbərlər »