Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əhalinin ərzaq və tibbi ehtiyaclara əlçatanlığı artırılacaq”

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə bağlı “Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Baş nazirin sərəncamında iş yerlərinin azaldılmaması məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.

Koronavirus (COVID-19) pandemiyasının məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı atılacaq addımları Bizimyol.info-ya şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirib ki, nəticə etibarı ilə pandemiya dövründə xarici ticarətin davamlılığının təmin edilməsi həm bazar iştirakçıları, həm də iqtisadi institutların fəaliyyətinin davam etməsi vacibdir.

Nicat Hacızadə Nicat Hacızadə

N.Hacızadə qeyd edib ki, “Tədbirlər Planı”nda yerli istehsalın qiymət rəqabətliliyinin artırılması ilə bağlı xüsusi bənd qeyd olunub. Burada yerli istehsalda istifadə olunan, lakin ölkəmizdə istehsalı olmayan xammal və ara mallarına gömrük rüsumu güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur. Müvafiq malların seçilməsidən sonra tətbiq ediləcək güzəştlər yerli istehsalla məşğul olan sahibkarların məcmuu buraxılışını artıracaq. Bu həm daxili tələbatı artıracaq ki, bu da iqtisadi fəallığın artmasına gətirəcək, həm də xarici bazarlara çıxmaq üçün ixracatçılara əlavə imkanlar yaradacaqdır. Bundan əlavə, ölkədaxili tranzit və müvəqqəti saxlama anbarlarının istifadəsi istiqamətində beynəlxalq təcrübəyə müvafiq tədbirlər bundan əvvəl də Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilmişdi.

Əhalinin daha sərfəli ərzaq və tibbi ehtiyaclara əlçatanlığının artırılması ilə bağlı tədbirlər ticarət tariflərinin tənzimlənməsi ilə əlaqədardır ki, burada da ərzaq və tibbi ehtiyaclarla əlaqədar gömrük rüsumlarının “0” dərəcəyə endirilməsi və ya azaldılmasından söhbət gedir. Şübhəsiz ki, hal-hazırda bazarda əhalinin əldə etdiyi gəlirlərin yönəldiyi istehlakın diversifikasiyası obyektiv səbəbdən konsentrasiya olunub. Subyektiv səbəblərdən dolayı isə istehlak xərclənin yönələcəyi əsas ehtimal nöqtəsi ərzaq və tibbi ləvazimatlardır. Bu baxımdan 2020-ci ilin sonuna qədər zəruri hesab edilən adıçəkilən malların rüsumlarının liberallaşdırılması cari dövr üçün zəruri addım idi”.

Nicat Hacızadə Tədbirlər planının qeyri-ticarət baryeri və tənzimləməri ilə bağlı hissəni də şərh edib: “Sözsüz ki, gömrük adminstrasiyasında son illər aparılan islahatlar nəticəsində elektronlaşma və onlayn prosedurların tətbiqi istiqamətində nəzərəçarpacaq dərəcədə işlər görülüb. Bu baxımdan, zəruri hesab edilən məhsulların idxalı zamanı həyata keçirilən gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin növbədənkənar (sürətləndirilmiş) tətbiqi üçün dövlət bütün gömrük alətlərinə malikdir. Qeyri-ticarət tənzimləmələri üzrə ölkəmizdə liberallaşdırma istiqamətində tədbirlərin davamı olaraq müvafiq “Tədbirlər Planı” əvvəzsiz rol oynacaqdır. Xüsusilə, məhsulların sertifikatlaşdırılması ilə əlaqədar “bir pəncərə” prinsiplərinin aidiyyəti orqanlarda yaradılması və implementasiyası adıçəkilən bəndin həyata keçirilməsi istiqamətində əlavə dəstək rolunu oynayacaq”.

Ramid İbrahimov

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »