Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: Dağlıq Qarabağda seçkilər yalnız bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər

Beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, Avropa Parlamenti, TÜRKPA, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri, habelə çoxsaylı dövlətlər bu qondarma “seçkilərin” və onların nəticələrinin qanunsuz olduğunu bəyan etdilər.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BMT-dən sonra ikinci böyük siyasi platforma olan və 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatı, eləcə də çoxsaylı digər təşkilat və dövlətlərin bu sırada yer alması bütün dünya ictimaiyyətinin Ermənistan Respublikasının işğalçı siyasətini və onun nəticələrini rədd etdiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirir.

“Bir daha vurğulayırıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər. Hər hansı seçkinin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasından, bu torpaqlardan didərgin salınmış azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasından, həmçinin bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından sonra mümkün olacaqdır”, - deyə məlumatda qeyd olunub.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »