Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bizim Tarla” 65 yaşdan yuxarı şəxslərə sovqat payladı

Bütün dünyada pandemiya halını alan koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən xüsusi tədbirlər həyata keçirilir.

Xüsusilə də, yaşı 65-dən yuxarı olan insanların risk qrupuna daxil edilməsi onların evdən çıxmaları üçün təhlükə hesab olunur. Bu yaş qrupuna aid şəxslər arasında xüsusi yardıma ehtiyacı olanlar da var.

Bunları nəzərə alan “Bizim Tarla” markası karantin dövründə “ASAN Könüllüləri” Təşkilatının www.asanmektub.az saytına yerləşdirilmiş 65 yaşdan yuxarı tənha yaşayan insanların məktublarından bir qismini öhdəliyə götürüb. Brendin müxtəlif məhsulları qapı-qapı gəzilərək ehtiyac sahiblərinə çatdırılıb.

Bizim Tarla

Ölkə daxilində sevilməklə bərabər, Azərbaycanın hüdudlarından kənarda da yüksək qiymətləndirilən adıçəkilən milli markamız eyni zamanda Biləsuvar Regional Mədəniyyət İdarəsi ilə birgə rayon ərazisində yaşayan dəstəyə ehtiyacı olan 65 yaşdan yuxarı tənha insanlara sovqatlar paylayıb.

Qeyd edək ki, dünyanın 40-dan artıq ölkəsinə ixrac edilən “Bizim Tarla” markasının əsasını təşkil edən məhsulların yetişdirildiyi “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC və Biləsuvar Konserv Zavodu dünyada böyük nüfuza malik Global GAP, BRC və digər məşhur sertifikatlara malikdirlər.

Bizim Tarla

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »