Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ASK-nın vitse-prezidenti: Kölgə iqtisadiyyatı sahibkarlara baha başa gəlir

Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər kabineti “Tədbirlər Planı”nı təsdiq edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) koronavirus (COVID-19) pandemiyasının Azərbaycan iqtisadiyyatına, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini müəyyən etmək məqsədi ilə aidiyyəti dövlət orqanları ilə birbaşa əməkdaşlıq şəraitində çalışır. Dövlətin sosial tərəfdaşı olan ASK da öz növbəsində təmsil etdiyi özəl sektordakı sahibkarların ən böyük platforması kimi sahibkarlarla birgə məsləhətləşmələr əsasında hazırlanmış təkliflər paketini aidiyyyəti İşçi Qruplarına təqdim edib. Ötən müddətdə ASK-nın tərkibində fəaliyyət göstərən 14 sahəvi komissiyanın işi daha da gücləndirilmiş və toplanan təkliflər hüquqi çərçivəyə salınıb. Sahibkarlara göndərilən yazılı sorğulara verilən cavablar analiz edilmiş, onlardan onlayn iclaslar yolu ilə təkliflər toplanmışdır. Eləcə də Azərbaycanın bölgələrində fəaliyyət göstərən ASK-nın 40-dan çox nümayəndəsi də bu proseslərə cəlb olunaraq ümumilikdə ölkədəki iqtisadi vəziyyətlə bağlı əhatəli məlumatlar toplanmışdır. ASK-nın irəli sürdüyü təkliflər paketi genişdir və ziyan çəkmiş bütün sahibkarlıq sahələrini əhatə edir. Təkliflər paketinə geniş vergi güzəştlərinin verilməsi, bəzi məhsulların idxalı üzrə gömrük rüsumlarının azaldılması, sahibkarların aldığı kreditlər üzrə bank faizlərinin müəyyən müddət üçün hesablanmaması, əsas borc üzrə ödənişlərin ertələnməsi, icarə haqqlarının, sosial müdafiə xərclərinin tam və ya qismən subsidiyalaşdırılması, su, elektrik enerjisi, qaz və digər kommunal ödənişlərə güzəştlərin tətbiq edilməsi və ödənişlərin təxirə salınması, işəgötürənlərə, işçilərə dövlət dəstəyinin göstərilməsi və s. təkliflər daxildir.

Bizimyol.info-nun suallarını Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov cavablandırır.

 

- Vüqar bəy, Azərbaycanda biznesə və iqtisadiyyata dəstək üçün nəzərdə tutulan dəstək paketi iş yerlərinin qorunmasına imkan verəcəkmi?

- Bu proqram birinci növbədə maliyyə əlçatanlığını sahibkarlar üçün daha da əlverişli edəcək. Pandemiyanın mənfi təsiri vaxtı sahibkarların pul vəsaitinə böyük ehtiyacı olacaq. Ona görə maliyyə əlçatanlığının asanlaşdırılması çox önəmli idi. İqtisadi fəallığın qorunması amili də vacibdir. Tutaq ki, müəssisənin bağlanması, yenidən yaradılması daha çox xərc tələb edir, nəinki mövcud sistemi saxlamaq.Əlavə dəstək tədbirlərində xammal, ixracla bağlı yaxşı təkliflər səsləndirilib. Lakin təəssüf ki, konkret danışa bilmirik. Tədbirlər planı təsdiq olunub, qəbul olunub. Amma icra mexanizmləri önümzdəki bir neçə gündə razlaşdırılacaq. Bu prqoramların tətbiqi ilə bağlı alt sənədlər hazırlanacaq və ictimaiyyətə açıqlanacaq.Mövcud müəssisələrin infrastrukturunun, iş yerlərinin saxlanılması baxımından bu tədbirlər planının və dövlətin dəstək paketinin mühüm rol oynayacağına əminəm.

-Mikayıl Cabbarovun müsahibəsində bir məqam da qeyd edilir ki, heç də bütün sahibkarlar bundan bəhrələnə bilməyəcək. Bu o deməkdirmi ki, hər zaman gözlənilməz vəziyyətlərdən sui - istifadə edən, süni qiymət artımına yol açan iş adamları öz layiqli qiymətlərini alacaqlar və sırf ədalətli bölgü prinsipi mühüm rol oynayacaq?

- Gəlin belə deyək. Süni qiymət qaldırma anlayışı nə deməkdir? Biz bazar iqtisadiyyatının tələbləri ilə yaşayırıq. Qiymət də bazardakı tələb və təklif əsasında formalaşır.Mən süni qiymət artımı terminini qəbul etmirəm. Bu mənim şəxsi fikrimdir.

Söhbət gedir şəffaf işləməyən sahibkarlardan. Şəffaf işləməyən sahibkarlar dövlət yardımı ala bilməyəcəklər. Onların düzgün hesabatları, əmək haqqı kartları, bal hesabları yoxdursa, işçiləri qeydiyyata salmayıbsa, istəsələr də dövət dəstəyi ala bilməyəcəklər. Bu addımlar sözsüz ki, kölgə iqtisadiyyatının azaldılmasına gətirib çıxaracaq.

- Amma bu bu günə qədər kölgə iqtisadiyyatında olanlar bundan sonra “ağarsalar” belə çətinlik qaçılmaz olacaq.

- Bilirsinizmi ən inkişaf etmiş iqtisadiyyata malik dövlətlərdə belə kölgə iqtisadiyyatı var.Söhbət ondan gedir ki, bunun həcmi nə qədərdir.Şəffaf işləmək sahibkar üçün daha çox güvən, daha çox təhlükəsizlik deməkdir.Sadəcə olaraq, qeyri- şəffaf işləyən sahibkarlar uzunmüddətli strategiyası olmayan sahibkarlardır. Onlar 3-5 ay işləyib dayanırlar və onlar qeyri-sağlam rəqabət yaradırlar.Şəffaf işləyən sahibkarların da işinə problem yaradırlar.

- Bəs onları qeyri -şəffaf işləməyə nə vadar edir? Vergilərin yüksək olması?

- Yox. Onlar sadəcə olaraq ya məlumatsız olurlar ,ya savadsız olurlar. Vergi yükü çox yüksək deyil. Onlar bir mühasiblə oturub yaxşı hesablasalar görəcəklər ki, kölgədə işləmək onlara daha baha başa gəlir.

-Ümumiyyətlə, bu kimi tədbirlərlə qarşıya çıxan çətinlikləri, iqtisadiyyata mənfi təsirləri aradan qaldırmaq mümkün olacaqmı?

- Cənab prezidentin fərmanında da iki məqam vurğulanmışdı. Pandemiya və dünya bazarındakı kəskin dalğalanmaların iqtisadiyyatımıza vurduğu ziyanın aradan qaldırılması üçün addımların atılması. İqtisadi artıma və sahibkarlığa dövlətin dəstəyi fəsadların aradan qaldırılmasına kömək edəcək.

- Bildiyimə görə, ASK-da pandemiyanın vurduğu ziyanı minimallaşdırmaq üçün təkliflər paketi ilə çıxış edib.Ümumiyyətlə hökumət təkliflərinizi operativ şəkildə dəyərləndirirmi?

-ASK-nın tərkibində 50-dən çox assosiasiya var. Bunların bir çoxu sahəvi xarakterlidir-qablaşdırıcılar, narçılar, toxumçular ticarət , nəqliyyta və s. Bu assosiasiyalarla məsləhətləşmə və monitorinqlər elədik. 40-a yaxın rayon nümayəndəliyimiz var, sahəvi komissiyalarımıza müraciət etdik, sahibkarlardan gələn təklifləri hökumətə təqdim etdik.Bu təkliflərin böyük əksəriyyəti qəbul edildi.Maliyyə əlçatanlığı, işçi yerlərinin ixtisar olunmması, İşsizlikdən Sığorta Fondundakı vəsaitlərin istifadə olunması və biznes assosiasiyalarının verdikləri təklifləri İşçi qrupa yönəltdik.Böyük əksəriyyəti də qəbul edildi.

Heç kim, hökumət də belə bir vəziyyətlə rastlaşmamışdı. Bu böhran bizim hamımız üçün yeni idi, təcrübəsiz idik. Ola bilər ki bəzi məqamlar gözdən qaçmışdı. Biz boşluqları görən kimi, vəziyyətdən asılı olaraq təkliflərimizi yönəldirik, Nazirlər Kabineti də operativ olaraq cavablandırır və lazımi tədbirlər görülür.

İlhamə Rəsulova

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
Son xəbərlər
Bütün xəbərlər »