Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
5G və koronavirusun əlaqəsi iddiasıyla Böyük Britaniya hərəkətə keçdi

Böyük Britaniyalılar koronavirusun 5G vasitəsilə yayılması iddiasına inanaraq ən az 7 dənə 5G qülləsini yıxıblar.Buna səbəb sosial şəbəkələrdə virusun 5G vasitəsilə yayılması barədə deyilən iddialar olub. Maraqlıdır ki, bu nəzəriyyəni şou biznes ulduzları, tanınmış idmanılar da dəstəkləyirlər.

Naməlum şəxslər Birmingem, Liverpul və Belıfastda 5G qüllələrini yandırıblar.

Bizimyol.info The Verge nəşrinə istinadən xəbər verir ki, bu təxribat nəticəsində yaxın rayonlarla internet əlaqəsi kəsilib.

Qeyd edək ki, sosial şəbəkələrdə yüz minlərlə izləyicisi olan böyük qruplarda 5 G-nin insan səhhəti üçün təhlkə yaratması, eləcə də koronavirusun yayılmasının əsas səbəbi olması barədə məlumatlar yer alıb.

Bu nəzəriyyələrdən birində deyilir ki, Uhan beşinci nəsil şəbəkələrin yayılması ilə məşğul olmağa başladıqdan sonra virus da yayılmağa başladı.

Lakin bu nəzəriyyənin tərəfdarları yeni standartın tətbiq edilmədiyi İranda virusun necə yayılması barədə sualı cavablandırmırlar.

Mütəxəssislərin fikrinə görə 5G-nin insan səhhətinə mənfi təsiri yoxdur və bu standartdan yayılan şüalar insan həyatı üçün təhlükəli həddə çatmır.Bu kimi nəzəriyyələr 2G,3G,4G ilə bağlı da səsləndirilmişdi.

Britaniyalı boksçu, tanınmış sima Əmir Xan da COVİD-19-un təbii yolla yaranmadığını və 5 G ilə əlaqəli olduğunu yazıb. “Bu virus vasitəsilə həyatlarımıza nəzarət edirlər, süni məsələdir. Bu 5G qüllələri vasitəsilə yayılmış ola bilər.Onlar bizi kütləvi şəkildə qırmaq istəyirlər”,- deyə o bildirib.

Müğənni M.I.A qeyd edib ki, 5G insan orqanizminin xəstəlikdən sonrakı bərpa müddətində problem yaradır.

İlhamə Rəsulova

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Koçaryan: “Azərbaycanı qıcıqlandırmaq yox, danışıqlar üçün qapıları açıq saxlamaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »