Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: "Koronavirusla bağlı daha bir dəstək proqramı hazırlansın"

"Azərbaycanda koronavuris pandemiyası ilə bağlı daha bir dəstək proqramı hazırlanmalıdır. Sayca 11-ci olacaq bu proqram digər 10 proqramın əhatə dairəsindən kənarda qalmış, çıxılmaz vəziyyətdə olan vətəndaşlarımıza kömək etməlidir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli İTV-də yayımlanan “Diqqət mərkəzində yekun” verilişində deyib.

"Dəstək proqramlarının icrasına 2,5 milyardn manat vəsait ayrılıb. Azərbaycan hökumətinin bu məbləği artırmağa imkanı var", - deyə o, qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli sərəncamına əsasən, iqtisadiyyatin müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı 10 dəstək proqramı hazırlanıb.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› “Əlilliklə bağlı yeni qaydalara səs verməyəcəyik.., böyük problemlər yarada bilər” - Deputatlar
››› Haqları pozulan əlillərə kompensasiya verilsin - Deputat
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »