Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakı sakini maska tikib insanlara paylayır - Foto
Azərbaycanda maska qıtlığı

Koronavirusun insanları kütləvi psixoz altına saldığı bir dövrdə Zabrat sakini Rauf Qərib Alagöz xeyirxah bir addım atıb. Mebel sexində usta işləyən Rauf sexin profilində balaca bir dəyişiklik edərək, bu günlərdə çox tələbat duyulan maska tikməyə qərar verib və bu maskaları insanlara təmənnasız paylayır.

Bizimyol.info xəbər verir ki, o əvvəlcə maskaları ailəsi və iş yoldaşları üçün hazırlayıb. Sonra isə qohum-əqrəba və ehtiyacı olan hər kəsi maska ilə təmin edib. İndi Rauf Bakıda 600-ə qədər insanın maska ehtiyacını ödəyib.

maska

“Zabratın 300-350 sakini, ümumilikdə 500-550 Bakı sakinini təmənnasız maska ilə təmin edə bilmişik .Kaş daha çoxuna imkan olaydı. Düzdür, çox yoruluruq, amma dəyir. Bu işin insanların duası və sevgisi olaraq bizə dönməsi bizi daha da həvəsləndirir, hər gün daha çox tikməyə çalışırıq. Bəlkə də bu günlər bizə özümüzü kəşf edib özümüzü tanımamız üçün imtahandır.

Gün birlik, bərabərlik günüdür. İnşallah xalqımız bu imtahandan üzüağ çıxacaq”,- deyə usta bildirib.

Sosial şəbəkə istifadəçiləri Rauf Alagözün bu addımını alqışlayıblar. Özünü reklam etdiyini deyənlərə isə Rauf usta belə cavab verir: “Biz bu barədə sosial şəbəkədə məlumat verdik ki, ehtiyacı olanlar bilsin, gəlib maska götürsünlər. İzolyasiya günlərində bunu başqa nə şəkildə edə bilərdik? Bu reklam deyil, hamının xəbər tutması üçündür, əlindən gələnlər də bu kimi addım ata bilərlər”

İlhamə Rəsulova

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Alimlər Çində yayılan yeni SFTS virusunun COVID-19-la fərqini araşdırır
››› Türkiyədə koronavirusla bağlı son vəziyyət
››› Avqustun 10-na olan hava proqnozu
››› Azərbaycan-Türkiyə təlimlərinə xüsusi təyinatlılar da cəlb edildi - Video
Son xəbərlər
Bütün xəbərlər »