Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: “Tunelin sonundakı işığı görməyə başladıq”

ABŞ Prezidenti Donald Tramp koronavirusla bağlı vəziyyətdə “tunelin sonundakı işığı görməyə başladığını” açıqlayıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

ABŞ lideri yaxın gələcəkdə koronavirusla mübarizəyə yönəldilmiş fəaliyyətlərlə fəxr edə biləcəklərinə inandığını qeyd edib. O, Nyu-Yorkda COVID-19-la bağlı ölümlərin sayında azalma müşahidə olunmasını yaxşı əlamət adlandırıb.

Qeyd edək ki, hazırda ABŞ-da yoluxma hallarının sayı 337 000-ə çatır. İndiyə qədər ölkədə koronavirusdan 9 618 nəfər dünyasını dəyişib. COVID-19-dan sağalanların sayı isə 18 000-ə yaxınlaşır.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »