Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Həbib Nurməhəmmədov UFC turnirinə qatılmayacaq
Khabib-Nurmagomedov-UFC-219-Post-03

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi rusiyalı Həbib Nurməhəmmədov UFC 249 turnirinə qatılmayacaq.

“Report”un məlumatına görə, UFC-in rəhbəri Deyna Uayt rəsmi “Twitter” hesabından yarışın baş tutacağını, amma Nurməhəmmədovun iştirak etməyəcəyini bildirib. O, döyüşlərin siyahısını yaxın zamanda açıqlayacağını sözlərinə əlavə edib.

Qeyd edək ki, UFC 249 turnirinin keçiriləcəyi məkan açıqlanmayıb. Əvvəlcədən yarış ABŞ-ın Nyu-York şəhərində planlaşdırılsa da, sonradan koronavirusa görə təxirə salınıb. Gecənin əsas döyüşü Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyuson arasında olmalı idi. Hazırda Rusiyada olan Nurməhəmmədov məkanı əvvəlcədən bilməyəcəyi təqdirdə, turnirdə iştirak etməyəcəyini açıqlamışdı.

Paylaş »
››› İyunda bürcləri nə gözləyir...
››› Virusa inanmayanlar üçün: Ölən 100 min nəfərin adı paylaşıldı
››› Məktəbli qız araqdan komaya düşüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Hindistan-Çin sərhədində növbəti gərginlik yaşandı
Son xəbərlər
Bütün xəbərlər »