Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyanın koronavirusa yoluxmuş baş naziri xəstəxanaya yerləşdirildi - Video

Böyük Britaniyanın koronavirusa yoluxmuş baş naziri Boris Conson xəstəxanaya yerləşdirilib.

Bu barədə “Report” "Sky News" telekanalına istinadən xəbər verir.

Qeyd edilir ki, baş nazir həkimlərin məsləhəti əsasında xəstəxanaya aparılıb. Onun səhhətində COVID-19 infeksiyası aşkarlanandan 10 gün sonra problemlər qalmaqdadır. Məlumata görə, Boris Consonun temperaturu yüksəkdir.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri martın 27-də koronavirusa yoluxub. 55 yaşlı hökumət başçısı deyib ki, onun koronavirusla bağlı testi müsbət nəticə verib.

“İndi mən özümü təcrid etmişəm, amma videokonfrans rejimində hökumətin fəaliyyətinə rəhbərliyi davam etdirəcəm və biz koronavirusa qalib gələcəyik",- deyə Boris Conson həmin gün bildirib.

Britaniyada koronavirusa yoluxanların sayı 47 806 nəfərə çatıb.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »