Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Koronavirus milyonçu şousuna dəyişiklik gətirdi
Koronavirus

Koronavirusa görə televiziya layihələri tamaşaçasız davam etməli olur. Bu mənada pandemiya milyonçu şousuna xüsusi təsir göstərib.

Bizimyol.info xəbər verir ki, intellektual yarışmanın formatında müəyyən dəyişikliyə əl atılıb. Türkiyənin ATV telekanalında yayımlanan “Kim milyoner olmaq istər” layihəsi bundan sonra tamaşaçasız davam edəcək.

Milyonçu şousunda yeznəsinə güvəndi, pullar əldən getdi

Məsələn ən maraqlı tərəfi bu deyil. İştirakçılara tamaşaçı dəstək olmaqdan çox, suallardan birində lazım olurdu.

Qaydalara görə, ilk 7 sualda iştirakçıya 3 kömək haqqı verilirdi. O, dostuna zəng vura, 50/50-yə seçim imkanından istifadə edə, bir də tamaşaçıların səsverməsinə güvənə bilərdi. “Kim milyoner olmaq istər”in yaradıcı heyəti formatda kiçik dəyişiklik etmək məcburiyyətində qalıb. Tamaşaçıların köməyini mütəxəssis yardımı əvəz edəcək. Yəni həmin epizodda iştirakçıya xüsusi seçilmiş adam məsləhət verəcək.

Mütəxəssis üçün çox baş sındırmaq lazım gəlməyib. Bir müddət əvvəl sualların hamısına – 12-nə də cavab verən Arda Ayten 1 milyon lirə (təxminən 150 min dollar) qazanmışdı. Arda bundan sonra iştirakçıların köməyinə gələcək.

Paylaş »
››› Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşdi
››› Etirazçılar ABŞ-ı alova bürüdülər, Ağ Ev-ə hücum cəhdi baş verdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Şəki küçələrində dolaşan ayı ilə bağlı açıqlama - Video
››› Belə qəza görünməmişdi: Tısbağayla avtomobil kəllə kəlləyə gəldi - Video
Son xəbərlər
Bütün xəbərlər »