Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə virusa yoluxanların sayı artır

Türkiyədə koronavirus testlərinin sayı artınca, yoluxanların da çox olduğu üzə çıxır.

Qardaş ölkədə daha 3135 nəfərdə infeksiya aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, Türkiyədə virusa yoluxanların sayı yenə artıb. Yəni bu gün növbəti rekord qeydə alınıb. Burada virus daşıyıcılarının sayı 27 min 69 nəfərə çatıb.

Sutka ərzində Türkiyədə pandemiya üzündən 73 nəfər həyatını itirib. Ölənlərin ümumi sayı 574 olub.

Türkiyə səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, ümumilikdə 1042 nəfər sağalıb. Gün ərzində 20 min 65 testdən istifadə olunub. İndiyə qədər 181 mindən çox türkiyəlinin test nəticələri məlum olub.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada virusa yoluxanların sayı 1 milyon 250 min nəfəri keçib. 68 mindən çox insan həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »