Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə karantin günlərində ailədaxili zorakılıq artıb

Koronavirusa görə karantin elan olunması həm də ailələr üçün bir sınaq oldu. Çində ailələrin sınaqdan çox da yaxşı çıxmadığı bildirilirdi. Asiya ölkəsində boşanmaların sayı artıb.

Bizimyol.info xəbər verir ki, qonşu ölkədə də oxşar mənzərə yaranıb. Türkiyənin İstanbul şəhərində ailədaxili zorakılıq artıb. Rəsmi rəqəmlər bundan xəbər verir. Keçən ilin martında meqapolisdə 1804 zorakılıq aktı qeydə alınmışdısa, bu il göstərici xeyli yüksəlib. Statistikaya görə, ötən ay İstanbulda bu hal 2493 dəfə yaşanıb. Beləcə, 38,2 faiz fərq yaranıb.

Amma karantin günləri ümumilikdə cinayətlərin azalmasına səbəb olub. Məsələn, Türkiyədə küçə cinayəti kimi xüsusi yer tutan “kapkaç” faizlərində 49,1 faiz azalma var. Oğurluq halları da keçənilkindən 44 faiz azdır. Ümumiyyətlə, İstanbulda asayiş pozuntusunun 14,5 faiz azalması müşahidə edilib.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »