Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Evə sifariş verib pulunu ödəmədi: Kuryeri aldatdı - Video
Pulqabı, yolxsulluq

Koronavirusla mübarizə tədbirləri çərçivəsində internet və telefon vasitəsilə sifarişlərin sayı artıb.

Bizimyol.info-ya müraciət edən “Secrets” restoranın adminstratoru Rauf İbadov iddia edib ki, onlar müştəri fırıldağının qurbanı olub. Belə ki, müştəri evinə sifariş verib, məhsulu götürüb, pulu ödəmək adı ilə evə gedib, amma qayıtmayıb.

“Martın 31-də Nərimanov rayonu, İslam Abışov küçəsi, 13 ünvanından restorana sifariş daxil oldu. 130 manat məbləğində verilmiş sifarişi kuryer ünvana çatdırıb. Termoslu çantada sifariş götürən şəxs ödənişi gətirmək adı ilə çıxdığı həyət evinə qayıdıb. Bir müddət keçəndən sonra müştərinin qayıtmadığını görə kuryer müştəriyə zəng edib. Telefona zəng çatmadığı üçün kuryer müştərinin daxil olduğu həyət evinə daxil olub. Həmin evdən isə bildirilib ki, həmin müştəri bu ünvanda yaşamır”,-deyə R.İbadov bildirib.

Adminstrator qeyd edib ki, hadisə ilə bağlı Yasamal rayon 17-ci Polis Bölməsinə ərizə ilə şikayət edilib.

R.İbadov hadisənin videogörüntüsünü təqdim edərək, kuryerləri diqqətli olmağa, tələyə düşməməyə çağırıb.

Paylaş »
››› Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşdi
››› Etirazçılar ABŞ-ı alova bürüdülər, Ağ Ev-ə hücum cəhdi baş verdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Şəki küçələrində dolaşan ayı ilə bağlı açıqlama - Video
››› Belə qəza görünməmişdi: Tısbağayla avtomobil kəllə kəlləyə gəldi - Video
Son xəbərlər
Bütün xəbərlər »