Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada virusdan ölənlərin sayı xeyli azaldı

İtaliya koronavirusla mübarizədə yavaş-yavaş yaxşı nəticələr göstərməyə başlayıb. Son bir sutkada ölənlərin sayı xeyli azalıb.

Bizimyol.info xəbər verir ki, bu gün İtaliyada 525 nəfər vurusdan həyatını itirib. Çoxdandır bu qədər aşağı göstərici qeydə alınmırdı. Təxminən son iki həftədə sutka ərzində ölənlərin sayı, adətən, 650-dən aşağı olmurdu. Məsələn, dünən 681 mübarizədə məğlub olmuşdu. Əvvəllər bir çox hallarda 800-900 nəfər həyatla vidalaşırdı.

Beləcə, İtaliyada koronavirusdan ölənlərin sayı 15 min 887-ə çatıb. Virus daşıyıcılarının sayının isə 128 min 948 nəfər olduğu bildirilir. Son sutkada daha 4316 nəfərdə infeksiya aşkarlanıb.

İtaliya virusdan ölənlərin sayına görə yenə birinci yerdədir. Yoluxma statistikasında isə ABŞ və İspaniya daha öndədir.

Son xəbərlər
Bütün xəbərlər »