Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rayon sakinindən rüşvət tələb edilməsi ilə bağlı iddialara Yardımlı icrasından cavab

“Yardımlı rayonu Şəfəqli kənd sakini Nahid Həsənov ünvanlı sosial yardım və işə düzəlmək üçün ondan rüşvət tələb edilməsi barədə "Media TV" internet kanalında verdiyi məlumatları qətiyyətlə təkzib edir”. Bu barədə "Qafqazinfo"ya Yardımlı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

"Bildiririk ki, 04 aprel 2020-ci il tarixdə “Media.tv” Yutub kanalında Yardımlı rayonunun Şəfəqli kənd sakini Nahid Həsənovun əsgərlikdə olan oğlunu görməyə getmək üçün pulunun olmaması, maddi yardımla əlaqədar RİH başçısının müavini Mahir Mirzəyevə müraciət etsə də, köməklik göstərilməməsi, ünvanlı sosial yardım təyin edilməsi üçün DSMF-nin rayon şöbəsində ondan 1000 manat, işlə təmin olunması üçün Məşğulluq Mərkəzində 500 manat pul istənilməsi, həmçinin evinin təmirinə köməklik göstərilməməsi barədə məlumat yayılıb.

Yardımlı RİHB aparatının məsul işçisinin və kənd icra nümayəndəsinin Nahid Həsənovla apardığı söhbət zamanı o, bildirib ki, müsahibəni ondan sosial şəbəkələrdə “HuseyinCi” profili ilə böhtan xarakterli çıxışlar edən, Yardımlı rayonunun Dəlləkli kənd ümumi orta məktəbində fiziki tərbiyə müəllimi işləyən Cəlil Zabidov alıb. O, Nahid Həsənova bildirib ki, rayon rəhbərlərinin əleyhinə müsahibələr verəcyi təqdirdə dərhal ona yardımlar veriləcək, evini təmir edəcəklər. Vətəndaş da onun sözünə aldanaraq belə bir müsahibə verib.

Nahid Həsənov bildirib ki, o heç vaxt RİH başçısının müavini Mahir Mizəyevin qəbulunda olmayıb və RİHB aparatının heç bir işçisindən xahişlər etməyib. Hazırda vətəndaş iş axtaran kimi rayon Məşğulluq Mərkəzində qeydiyyatdadır. Nahid Həsənov müsahibə verdiyi üçün peşmən olduğunu bildirib və bununla bağlı RİH-nə yazılı izahat verib.

Məlumat üçün bildiririk ki, Cəlil Zabidov uzun müddətdir ki, rayonda müəllim adına ləkə gətirən əməllərlə məşğuldur. Hər ay bir neçə dəfə İran İslam Respublikasına səfərlər edib, hətta xarici ölkədə olduğu günlərdə sinif jurnallarını yazıb əmək haqqı alıb...

Bildiririk ki, Cəlil Zabidov “Media.tv” Yutub kanalında yaydığı həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlara görə məhkəməyə veriləcək və mütləq qanun qarşında cavab verəcək", - açıqlamada deyilir.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »