Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dost ölkələrin "maska" davası

Qıtlıq qorxusu ölkələri maskalar və testlər əldə olunması üçün getdikcə daha fəndgir addımlar atmağa məcbur edir

“İki fransız məmurun sözlərinə görə, nağd pul bağlamaları ilə gəzən iki amerikalı alıcı Çindən Fransanın daha çox zərər görmüş bölgələrindən birinə göndərilən maska partiyaları üzərində nəzarəti əlinə almağı bacarıb. Amerikalı alıcılar Şanxay hava limanında peyda olaraq fransız həmkarlarından üç dəfə çox pul təklif edəndə maskalar uçuşa hazır dayanmış təyyarənin göyərtəsində imiş”, - ABŞ Dövlət Departamentinə şərh üçün sorğu göndərən “The Guardian” bildirir.

“Birləşmiş Ştatlar hökuməti Çindən Fransaya çatdırılması nəzərdə tutulan hər hansı maskaları ələ keçirməyib. Bu haqda məlumat tamamilə yalandır”, - ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bəyan edib.

“Çərşənbə günü Braziliyada keçirilən mətbuat konfransında ölkənin səhiyyə naziri Luis Enrike Mandetta bildirib ki, Çindən əlcək və maska kimi müdafiə ləvazimatları almaq cəhdləri boşa çıxıb. “Bu gün ABŞ əldə olunmuş materialları götürmək üçün Çinə özünün 23 ən böyük yük təyyarələrinin göndərib. Təsdiqinə ümid etdiyimiz səhiyyə sisteminin təchizatına aid alacaqlarımızın çoxu baş tutmadı, - o deyib. – Bütün dünya bunları əldə etmək istəyir. Açıq-aşkar hiper tələbat problemidir”.

“Pandemiya gücləndikcə təlaşda olan hökumətlər koronavirusla mübarizəyə görə tələb edilən tədarükü ələ keçirmək üçün şübhəli metodlardan istifadədə ittiham olunur. Taktikalar tibbi ləvazimatların ixracına mane olmaqla casusları test almaq üçün gizli missiyalara göndərmək arasında var-gəl edir. Səhiyyə sistemində qıtlıq və yüklənmədən çəkinən bir çox dövlətlər, o cümlədən, Fransa, Almaniya və Rusiya qoruyucu kostyum kimi maskaların və qorunma materiallarının toplanması tədbirləri gördü. Bu, qoruyucu tibbi avadanlıqların ixracının məhdudlaşdırılması demək idi”, - məqalədə deyilir.

“Türkiyə bir az da irəli gedərək nəinki qoruyucu vasitələrin ixracını qadağan etdi, görünən budur ki, həm də xaricə dəyəri ödənilmiş maskaları göndərməyib. Belçikanın “Le Soir” və İtaliyanın gündəlik “Corriere della Sera” qəzetləri bu ölkələr üçün nəzərdə tutulan Türkiyə istehsalı maskaların hələ də çatdırılmadığını bildirilir. İtaliyaya gəlincə, maskalar baş nazir Cüzeppe Kontenin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəngindən iki həftə sonra gəldi. Belçikaya tədarüklər ölkənin səhiyyə nazirliyinin rəsmi şikayətinə rəğmən, çatdırılmayıb”, qəzet çatdırır.

“Türkiyə, eyni zamanda, maska istehsal edən yerli şirkətləri ələ keçirməklə hədələyir ki, yalnız dövlət üçün istehsal təminatı yaratsın. Yerli xəbər agentliyi “Hurriyet” daxili işlər naziri Süleyman Soylunun birmənalı şəkildə Səhiyyə Nazirliyinə maska satmağa razılaşmayan fabrikləri ələ keçirməklə bağlı açıqlamasından sitat gətirib”, - “The Guardian” məlumat verir.

“Dünyanın ən böyük maska istehsalçısı olan Çin COVİD-19-dan zərər görən, eyni zamanda, tədarükün dayandırılmasında günahlandırılan ilk ölkə oldu. Hərçənd, o vaxtdan Avropaya milyonlarla maska satmaq və ya kömək etməklə başqa yolu seçən az ölkələrdəndir. İtaliya üçün nəzərdə tutulan belə partiyalardan birini Çexiya Respublikasından keçəndə yerli hökumət mübahisəli şəraitdə ələ keçirmişdi”, - məqalədə deyilir.

“Analoji insident Almaniyaya yol alan 6 milyon maskalıq partiyanın sirli şəkildə yoxa çıxmasıyla Keniyada baş vermişdi. Hərçənd, yerli hökumətin məsuliyyət daşımasıyla bağlı hər hansı ehtimal da səslənmədi”, - nəşr xəbər verir.

“Bütün dünyada həmçinin koronavirus dərmanlarına və testlərinə tələbat var. ABŞ prezidenti təsdiqlənmiş elmi sübutlar olmadan malyariyaya qarşı dərmanın COVID-19-un müalicəsinə kömək edə biləcəyi ehtimalını deyəndən sonra Hindistan dərhal hidroksixloroxinin ixracına qadağa qoydu. İsrail xüsusi xidmət orqanı “Mossad” isə yüz minlərlə koronavirus test dəstlərinin ölkəyə çatdırılması üçün bir neçə gizli beynəlxalq əməliyyat keçirdi. Yerli KİV adı çəkilməyən tibb işçilərinə və kəşfiyyat nümayəndələrinə istinadən ehtimal edirdi ki, dəstlər sövdələşmənin edilməsini istəməyən düşmən dövlətdən alınıb”, - “The Guardian” yazır.

“Bir neçə hökumət son həftələrdə hətta yerli istehsal məhsullarının ehtiyatını görməyə başladı. Böyük un istehsalçısı olan Qazaxıstan ixracını qadağan etdi; dünyanın üçüncü ən böyük düyü ixracatçısı olan Vyetnam da belə qadağaya əl atdı. Serbiya əvvəlcə dərman, sonra günəbaxan ixracını dayandırdı. Qlobal qida çatışmazlığı gözlənilmir və əksər ölkələr bazarlarını açıq saxlayır, amma narahat hökumətlərin resurslara nəzarət uğrunda mübarizə səyləri çoxlarını həyəcanlandırdı”, - deyə məqalədə vurğulanır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »