Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə COVID-19 diaqnozu ilə ölənlərin sayı açıqlanıb
fexr

Türkiyədə yenı növ koronovirusdan (COVID-19) bu gün daha 76 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində məlumat paylaşıb.

Nazir bildirib ki, son 24 saatda 19 664 şübhəli koronavirus testindən keçib, onlardan 3113-nün cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 501 nəfər ölüb, 23 934 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1311 nəfərinin vəziyyəti ağırdır, 786-sı isə müalicə olunub. Nazir "Twitter" səhifəsində, həmçinin qeyd edib ki, Türkiyədə indiyə qədər 161 380 nəfər testdən keçib və müalicə olunan xəstələr arasında irəliləyiş var.

Nazir yazıb ki, sosial məsafə və özünütəcridlə əlaqədar dövlətin çağırışlarına tam əməl olunmur, İstanbul başda olmaqla böyük şəhərlərdə “Evdə qal” tələbi pozulur.

Nazir COVID-19 infeksiyasına yoluxanların müalicəsi üçün Çindən ölkəyə gətirilən dərmanların reanimasiya şəraitində olan xəstələrə tətbiq olunacağını bildirib.

Paylaş »
››› Bakıda virusla mübarizə aparan həkimlərin narazılığı: “Bizi aldatdılar...”
››› DİN-dən metroda baş verən hadisəyə münasibət
››› Çənədə və cibdə gəzdirilən maskalara görə də cəza veriləcək...
››› Rayonlara gediş-gəliş bərpa olunacaq - Yeni qaydalar tətbiq ediləcək
››› Siyahıdakı yerlərdə maska taxmayanlar bu gündən cərimələnəcək
Son xəbərlər
Bütün xəbərlər »