Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Çindən 80 milyon tibbi maska alır

Rusiya cari ilin aprel ayında Çindən daha 80 milyon üçqatlı tibbi maska və 1 milyon Tyvek tipli qoruyucu geyim alacaq.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdev deyib. Onun sözlərinə görə, tədarük aylıq müqavilələr əsasında həyata keçiriləcək.

Bundan əvvəl Rusiya sənaye və ticarət naziri Denis Manturov bildirib ki, Rusiya bir həftə ərzində Çindən 37 milyon tibbi maska alıb. Bundan başqa regionlardakı ehtiyacları ödəmək üçün isə daha 55 milyon tibbi maska alınması planlaşdırılır.

Onun sözlərinə görə, Çindən tədarük və ölkənin daxili istehsalı hesabına Rusiya gündəlik çatışmazlıqları aradan qaldırmalı, bölgələr tibbi maskalarla təmin olunmalıdır.

Xatırladaq ki, martın 23-də Çindən Rusiyaya 25,5 milyon tibbi maska gətirilib.

Paylaş »
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
Son xəbərlər
Bütün xəbərlər »