Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin rejimini pozan 2 nəfər həbs edilib

Karantin rejim qaydalarının təmin olunması məqsədilə Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bizimyol.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, rayon ərazisində polis əməkdaşları tərəfindən aparılan maarifləndirici söhbətlər və edilən xəbərdarlıqlara baxmayaraq, yenə də xüsusi karantin rejim qaydalarını pozan şəxslərə rast gəlinib. Belə ki, rejim qaydalarını pozaraq heç bir zərurət olmadan çöldə gəzən 2 Qax rayon sakini- Xəyal Rəsulov və Rəsul Əminov polisin qanuni tələbinə məhəl qoymayıb, əməllərini davam etdirdiklərinə görə, saxlanılıblar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati həbs ediliblər.

Həmçinin rayon ərazisində xüsusi karantin rejim qaydalarını pozan 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »