Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qocalar evində 13 nəfər koronavirusdan ölüb

Şotlandiyanın Qlazqo şəhərindəki “Burlington Care Home” qocalar evində son bir həftədə 13 ölüm hadisəsi qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Scottish Sun” məlumat yayıb.

Qəzetin yazdığına görə, 90 nəfər üçün hazırlanmış qocalar evində qeydə alınmış ölüm faktları koronavirusla bağlıdır. Ölənlərin hamısı koronavirus testindən keçirilməsə də, bütün ölüm faktlarına məhz bu virusun səbəb olduğu iddia olunur. Qeyd olunur ki, ölənlərin hamısının başqa xəstəlikləri də olub.

Son xəbərlər
Bütün xəbərlər »