Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusdan ölənlər necə dəfn olunmalıdır... - Din alimindən açıqlama

Türkiyədə bu günlərdə “Alo, Fətva” qaynar xətti istifadəyə verilib. Koronavirusun yayılması ilə bağlı dindarlarda yaranmış sualları İstanbul müftisi doktor Mehmet Emin Maşalı cavablandırı.

Bizimyol.info Yeni Şafak-a istinadən xəbər verir ki, bu günlərdə dindarların qaynar xəttə ən çox yönəltdiyi sual isə kolonya, spirt və antiseptiklərin dəstəmazı pozub-pozmaması ilə əlaqədardır. Suala cavab verən professor qeyd edib ki, kolonya və spirt uçucu bir maddə olduğuna görə, içilmədən xaricə sürtülməsi dəstəmazı pozmur. Maşalı virusla ölənlərin dəfn və qüsl işlərinin necə aparılması sualına da aydınlıq gətirib.

“Koronavirusdan ölənlərin cəsədləri başqalrı üçün risk yaratmamalıdır. Buna görə meyitlər yuyulub kəfənlənmədən cəsəd torbasında, hətta tabutda da dəfn edilə bilər”.

“Zəkat vermək istəyənlər üçün də bu ay fürsət aydır , çünki çox sayda insan möhtac vəziyyətə düşüb”,- deyə müfti bildirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »