Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan OPEC+ ölkələrinin görüşünə qatılacaq

​Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin görüşünə qatılacaq

Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında planlaşdırılan görüşünə qatılaraq, neft bazarının qlobal şəkildə tənzimlənməsi prosesinə töhfə verməyə hazırdır.

Bu barədə "Reprot"a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dünya neft bazarı hazırda iqtisadi aktivliyin zəifləməsi ilə əlaqədar neftə qlobal tələbatın kəskin azalması və neft ehtiyatlarının artmasının yaratdığı çətinliklərlə üzləşib. "Belə ki, neftə qlobal tələbin azalması, təxminən, gündəlik 10-15 milyon barrel civarında qiymətləndirilir. Ay ərzində gündəlik tələbatın 20 milyon barrelədək azalacağı, tədarük profisiti ilə əlaqədar yaxın aylarda neft anbarlarının tamamilə dolacağı proqnozlaşdırılır. Belə bir vəziyyətdə “OPEC plus” formatında müzakirələrin bərpası və tənzimləmə mexanizminə qayıtma qlobal neft bazarı üçün mühüm əhəmiyyət daşıyır. Hesab edirik ki, neft istehsalçılarının həmrəyliyi, əməkdaşlığı neft bazarının iqtisadi amillərlə dəstəklənmədiyi situasiyada yeganə həll yoludur.

Biz indi neft bazarının tənzimlənməsi prosesində yeni bir mərhələnin başlanğıcındayıq. Hazırkı problemlər yalnız “OPEC plus” ölkələrinə deyil, bu formatdan kənar ölkələrə də mənfi təsir edir. Ona görə də hesab edirik ki, neft bazarında tədricən balansın yaradılması üçün “OPEC plus” formatından kənar ölkələr də bu prosesdə iştirak etməlidir. OPEC və digər qeyri-OPEC ölkələrinin geniş formatda əməkdaşlığı baş tutarsa, tarixdə ilk dəfə olaraq yeni bir nizamlama modeli formalaşar, neft bazarında daha effektli və ədalətli tənzimlənmə mexanizmi yarana bilər. Neft bazarında tarazlıq və qiymət sabitliyi əldə edilər.

Ümid edirik ki, “OPEC plus” ölkələri bu nadir fürsəti mühüm qərara çevirəcək addımlar atacaq. Azərbaycan da indiyə kimi “OPEC plus” formatının yaradılması və qərarlarının icrasında mühüm rol oynamış ölkə kimi neft bazarının tənzimlənməsi prosesinə bundan sonra da dəstək verməyə, yeni öhdəliklər götürməyə hazırdır. Eyni zamanda, Azərbaycan bütün neft ölkələrini qarşıdakı görüşdə vahid mövqedən çıx;ş edərək, neft bazarına birgə dəstək verməyə çağırır",- Nazirlikdən bildirilib.

Paylaş »
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
Son xəbərlər
Bütün xəbərlər »