Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin rejimini pozduqlarına görə 9 nəfər həbs edilib

Ötən gün xüsusi karantin rejimini pozduqlarına görə 9 nəfər inzibati qaydada həbs edilib, 5073 nəfər inzibati cərimə olunub.

Bizimyol.info zəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 3-dən 4-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 11, o cümlədən Bakı şəhərində 3 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edib.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis

postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 5062 nəfərə, onlardan Bakı şəhəri üzrə 3718 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 9 nəfər isə inzibati qaydada həbs olunub.

Bir daha vətəndaşlarımızdan Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət etməyi tələb edirik.

Paylaş »
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
Son xəbərlər
Bütün xəbərlər »