Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Fransada koronavirusdan ölənlərin sayı 6,5 min nəfəri keçib
Koronavirus

Son sutka ərzində Fransada koronavirusdan 600-ə yaxın insan ölüb. Xəstəxanalarda qeydə alınan ölümlərin ümumi sayı 5 mindən çoxdur.

Bu barədə cümə günü keçirdiyi mətbuat konfransında Fransa Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon açıqlamasında deyib.

O bildirib ki, martın 1-dən bu yana xəstəxanalarda koronavirusdan 5091 nəfər həyatını itirib: “Onlardan 588 nəfər son 24 saat ərzində dünyasını dəyişib. Hazırda xəstəxanada müalicə alan 27432 nəfərin 6 mindən çoxu reanimasiya şöbəsindədir”.

Onun sözlərinə görə, bu günə qədər ölkədə 64 mindən çox insanda koronavirus infeksiyası aşkarlanıb.

Salomon qeyd edib ki, mütəmadi qocalar evləri ilə əlaqə saxlanılır, oradakı vəziyyət yaxından izlənilir: “Pandemiyanın başlandığı gündən qocalar evində 1,5 min insan ölüb. Beləliklə, ölkədə ölənlərin ümumi sayı 6,5 mindən çox oldu”.

Qeyd edək ki, martın 17-dən etibarən Fransada əhalinin küçələrdə hərəkəti məhdudlaşdırılıb. Yalnız zəruri hallarda müvafiq orqanlara müraciət əsasında evdən çıxmaq olar. (Apa.az)

Paylaş »
››› Ucarda nəhəng gürzə ilanı öldürülüb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Karantin cərimələri tutulmağa başladı
››› Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına Azərbaycandan reaksiya
››› Tanrıverdi Mustafayevdən "Azərişıq" əməkdaşlarının güllələnməsi ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »