Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə virusa yoluxanların sayı 20 mini keçdi

Hər gün axşam saatlarında Türkiyənin səhiyyə naziri Fahrettin Koca mətbuat nümayəndələrinin qarşısına çıxaraq, koronavirusla bağlı son məlumatları ictimaiyyətə çatdırır.

Nazir yenə qardaş ölkədə virusla bağlı vəziyyətin yaxşı olmadığını deyib.

Fahrettin Koca Fahrettin Koca

Bizimyol.info xəbər verir ki, Fahrettin Koca son bir sutkada virusdan daha 69 nəfərin vəfat etdiyini bildirib. O, daha 2786 nəfərdə infeksiya aşkar olunduğunu söyləyib. Bununla da ümumi say 20 mini keçib (20 min 921). Virus daşıyıcılarının 425-i həyatını itirib.

Fahrettin Koca indiyə qədər 141 mindən çox test edildiyini söyləyib. Təkcə son bir sutkada 16 min 160 testdən istifadə olunub.

Nazirin dediyinə görə, müalicə alanlardan 867 nəfərin vəziyyəti çox ağırdır.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumatına görə, dünyada ümumilikdə 1 milyon 74 mindən çox infeksiya halı aşkar olunub. Koronavirus 56 min 975 nəfərin həyatına son qoyub.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »