Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada virusdan ölənlərin sayı azalmır

İtaliyada koronavirusla mübarizə heç səngiməyib. Buna baxmayaraq, virusa yoluxanların və ölənlərin sayında azalma müşahidə edilmir.

Bizimyol.info xəbər verir ki, İtaliyada koronavirus statistikasında müəyyən sabitlik nəzərə çarpır. Amma bu sabitlik heç də nikbin aura yaratmır. Hər gün azı 4 min nəfərin test nəticəsi müsbət çıxır. Ölənlərin sayı 700-dən az olmur.

Son bir sutkada İtaliyada daha 766 nəfər virusdan həyatını itirib. Cəmi 4585 nəfərin testi müsbət nəticə verib. Bununla da virus daşıyıcılarının ümumi sayı 120 minə yaxınlaşıb (119 min 827). Onların 14 min 681 nəfəri həyatla vidalaşıb.

İtaliya virusdan ölənlərin sayına görə birinci yeri tutur. Son məlumata görə, İspaniyada 10 min 935, ABŞ-da 6 min 603, Fransada isə 5 min 387 nəfər infeksiyadan sonra vəfat edib.

Son xəbərlər
Bütün xəbərlər »