Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə virusa görə dərsləri yaya keçirmək istəyirlər

Bir çox ölkələrdə olduğu kimi, Rusiyada da tədris ili koronavirusa görə yarımçıq qalıb. Aprelin 6-dan distant təhsil prosesi başlayacaq. Amma əyani tədrislə bağlı konkret söz demək olmur.

Bizimyol.info xəbər verir ki, Rusiyada virusa görə dərsləri yaya keçirmək istəyirlər. Ümumi fikir belədir ki, karantin günləri bitəndən sonra əyani tədrisi bərpa etmək olar. Amma boşluğu aradan qaldırmaq üçün zamana ehtiyac var. Yayın Rusiyada çox isti keçmədiyini nəzərə alaraq, həmin ayların bir hissəsini təhsilə sərf etmək planı müzakirə olunur. Çox ehtimal ki, mayda həyat ənənəvi axarına düşərsə, iyulun ortası və ya sonuna qədər məktəbdə dərslər keçiriləcək.

Rusiya təhsil nazirinin müavini Dmitri Qluşko konkret söz deməyə tələsməyib. O, yayda təhsilin müzakirəsi haqda mümkün variantlardan biri kimi danışıb. Nazir müavini deyib ki, hər şey infeksiya ilə mübarizənini effektliyindən asılıdır.

Son xəbərlər
Bütün xəbərlər »