Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya bütün beynəlxalq uçuşları dayandırır

Aprelin 4-dən etibarən Rusiya bütün beynəlxalq sərnişin uçuşlarını dayandırır.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Federal Hava Nəqliyyatı Agentliyi bütün beynəlxalq sərnişin uçuşları üçün icazələri ləğv edib.

Beləliklə, aprelin 4-ü saat 00:00-dan etibarən bütün xarici uçuşlar dayandırılacaq.

Məlumatda o da bildirilib ki, xaricdəki Rusiya vətəndaşlarının ölkəyə gətirilməsi də dayandırılır. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »